beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeynal Xəlil

Həyatı

Xəlilov Zeynal Rza oğlu – (23.3.1914, Yelizavetpol, İndiki Gəncə – 11.8.1973, Bakı) – Azərbaycan şairi, dramaturq. Azərbaycan əməkdar incəsənət xadimi (1964).

"İstək" adlı ilk şe‘rlər kitabı 1936-ci ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şe‘rlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır.

"Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir.

Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və b.-dan tərcümələr etmişdir.

"Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur.

Yaradıcılığı

Əsərləri
1.Əsərləri, 2 cilddə, B., 1965;
2.Əsrim, taleyim mənim, B., 1978;
3.Стихи о горной тропинке, M., 1973.


Tarix: 20.01.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 464 Bölmə: Şairlər və Yazıçılar