Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şakir Quliyev

Quliyev Şakir Məhərrəm oğlu (Şakir Ulubəyli) - yazıçı, politoloq.

Həyatı

Şakir Quliyev 1956-cı ilin mart ayının 5-də Zəngilan rayonunda ziyalı ailəsində anadan olmuşdur.

1963-1973-cü illərdə Zəngilanda orta məktəbdə, 1965-1970-ci illərdə orta musiqi kollecində təhsil almışdır. Moskvada Plexanov adına İqtisad institutunu bitirmişdir.

1989-cu ildə Mili azadlıq hərəkatının üzvü olmuş, kommunist rejiminin və SSRİ imperiyasının dağılmasında fəal iştirak etmişdir. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının və təşkilatlanmasınin təşəbbüskarlarından, eləcə də rayon idarə heyətinin üzvü olmuşdur.

1991-ci ildə Azərbaycan Dünyəvi Partiyasının təşkilat komitəsinin sədri olmuş, partiyanın 1992-ci il qurultayında sədri seçilmişdir. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən siyasi proseslərdə daimi dövlətçilik mövqeyində dayanmışdır. Yüzlərlə siyasi məqalələrin və ictimai siyasi bəyənatların, onlarla psixoloji məqalənin, milliyətçilik haqda fundamental yazıların müəllifidir.

Qərb psixologiyasının dahilərindən biri, psixoanalizin banisi Ziqmund Freydin tədqiqatçısıdır.

Kitabları
Siqaret ölüm mələyi. Bakı: Şirvannəşr, 2003
Freyd. "Atalar və oğullar". Bakı: Şirvannəşr, 2004
Azman Türk kişisi. Bakı:


Tarix: 19.01.2013 / 15:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 375 Bölmə: Şairlər və Yazıçılar
loading...