Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevinc Nuruqızı

Sevinc Nuruqızı (azərb. İmanova Sevinc Nuru qızı; 22 avqust 1964, Bakı) — uşaq yazıçısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999).

İmanova Sevinc Nuru qızı 22 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub.

Orta məktəbi Ağdam rayonunda bitirib. 1980-ci ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 1986-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib, təyinatla Ağdam rayonu Şelli-Qaradağlı kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır.

2003-cü ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. 2006-cı ilin yanvarından Minamedia nəşriyyat evində çıxan "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru, eyni zamanda İctimai Padionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" adlı uşaq verilişinin redaktoru və aparıcısı olub. Hazırda "Təhsil" Nəşriyyat poliqrafiya müəssisəsində böyük redaktor kimi fəaliyyət göstərir.

Yaradıcılığı

Dövrü mətbuatda bədii və publisistik yazılarla mütəmadi çap olunur. Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlrımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub.

Azərbaycan Yazıçılar Birliyinin ən yaxşı uşaq əsərinə görə 2002-ci il Tofiq Mahmud adına mükafatının laureatıdır.

Əsərləri
"Çərpələng" (Bakı, Adiloğlu. 2002, 108 səh.)
"Sarı qız, Dız vəVız" (Bakı, Oskar. 2003, 26 səh.)
"Ağ xoruzun hekayəti" (Bakı, CBS. 2005, 12 səh.)
"Qisas" (Bakı, Vektor. 2005, 132 səh.)
"Ciya ilə iki gün" (Bakı, Oskar. 2007, 32 səh.)
"İpəkcənin macəraları" (Bakı, Oskar. 2007, 28 səh.)
"Qəribə kəndin nağılı" (Azərbaycan və rus dillərində "Qəribə kəndin nağılı", 16 səh, "Heyvanlar", 16 səh, "Oyna və rənglə", 8 səh. Bakı, Təhsil. 2009)
"Bozqulaq və fəsillər" (Azərbaycan və rus dillərində "Bozqulaq və fəsillər", 16 səh, "Fəsillər", 16 səh, "Oyna və rənglə", 8 səh, Bakı, Təhsil. 2009)
"Paltar dolabında gizlənqaç" (Azərbaycan və rus dillərində "Paltar dolabında gizlənqaç", 12 səh, "Geyimlər", 12 səh, "Oyna və rənglə", 8 səh, Bakı, Təhsil. 2009)
"Muradın yuxusu" ("Muradın yuxusu", 8 səh, "Yeməklər", 12 səh, "Oyna və rənglə", 8 səh, Bakı, Təhsil. 2009)
"Tap tapmaca" (Bakı, Təhsil, 12 səh, 2009)
"Ağca və Cuppulu" (Azərbaycan, rus və ingilis dillərində. Bakı, Təhsil. 12 səh, 2009)
"Aysu və Ay" (Azərbaycan, rus və ingilis dillərində. Bakı, Təhsil, 2009)
"Xortumlu dağ" (Bakı, Təhsil. 24 səh, 2010)
"Bapbalaca əlifba" (Bakı, Aspoliqraf. 196 səh, 2010)
"Dədə Qorqud" (Uşaqlar üçün işlənmiş variantı. Azərbaycan və ingilis dillərində. Bakı, Aspoliqraf. 67 səh, 2010)
"Babək" (Bakı, Aspoliqraf. 16 səh, 2010)
"Şah İsmayıl Xətai" (Bakı, Aspoliqraf. 12 səh, 2010)
"Ağabəyim ağa" (Bakı, Aspoliqraf. 16 səh. 2010)
"Nağıllar" (Rus dilindən tərcümə. Bakı, Təhsil. 36 səh, 2009)
"Üç tenqu və porsuq" (rus dilindən tərcümə. Bakı, Aspoliqraf. 16 səh, 2010)
"İssumbosi" (Rus dilindən tərcümə. Bakı, Aspoliqraf. 16 səh, 2010)

23.Həyat bilgisi. Qiymətləndirmə testləri. 1-ci sinif. (Bakı,Aspoliqraf.48 səh, 2011)


Tarix: 19.01.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 733 Bölmə: Şairlər və Yazıçılar
loading...