beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Vəzirov

Yusif Vəzirov — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001), Azərbaycan Respublikası Əsilzadələr məclisinin üzvü (1999)

Həyatı

Yusif Orxan oğlu 25 mart 1968-ci ildə Bakı şəhərində dünyaya gəlib.

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Institutunda oxumuş (1985), Sovet ordusu sıralarında xidmət etdikdən (1986-1988) sonra təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam edib.

Oranı 1994-cü ildə bitirib, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

O, 1995-ci ildən Azərbaycan Respublikası Xarici Işlər Nazirliyində çalışır.

Yusif Vəzirov bədii yaradıcılığa 1989-cu ildən başlamış, miniatürləri Amerika Birləşmiş Ştatlarında çıxan "Vestnik" və "Spektr" jurnallarında dərc olunmuşdur. "Tak malo o mnoqim" (1996), "Madein USA" (2003), "Domaşnee zadanie" (2004), "Baku-Tranzit" (2005) kitablarının müəllifidir.

Kitabları
"Tak malo o mnoqim" (1996),
"Madein USA" (2003),
"Domaşnee zadanie" (2004),
"Baku-Tranzit" (2005)


Tarix: 20.01.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Şairlər və Yazıçılar