beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osman Sarıvəlli

Qurbanov Osman Abdulla oğlu (Osman Sarıvəlli) – Azərbaycan şairi.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Kitabları
4 Həmçinin bax


Həyatı

Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun II Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır – kənd məktəblərində müəllim işləmişdir (1926-1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929-1932).

1937-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.

Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.

1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir.

Yaradıcılığı

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1928-ci ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Kitabları
Dəmir sətirlərim (1934)
Bənövşə (1940)
Şairin hədiyyəsi (1943)
Gətir, oğlum, gətir (1943)
Gənclik eşqi (1946)
Bahar çiçəkləri (1949)
Yeni dünyanın qapısı (1950)
İqlimdən-iqlimə (1963)
Sabahı yaradanlar (1970)
Seçilmiş əsərləri (üç cilddə) (1971-1975)
Hər kim yüz il yaşamasa (1976)
Mən sabaha gedirəm (1979)
Kür qırağında (1987)


Tarix: 17.01.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 660 Bölmə: Şairlər və Yazıçılar