Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdris Zamanlı

Zamanlı İdris Abbasəli oğlu (22.03.1930-02.06.1994) - Şair, Yazıçılar Birliyinin üzvü

Həyatı

Zamanlı İdris Abbasəli oğlu 1930-cu il martın 22-də Ermənistanın Grasnoselo rayonunun Cil kəndində kolxozçu ailə sində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948)! Əmək fəaliyyətinə Çil kəndinlə kolxozda başlamışdır (1948-1954)

ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1954-1958). Ailə vəziyyətinə görə təhsilini yarımçıq qoyub "Sovet Ermənistanı" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur (1958-1963) 64 nömrəli Bakı şəhər məktəbində müəllim işləmiş, eyni zamanda universitetdə təhsilini davam etdirmişdir (1964-1967).

Azərbaycan SSR Mədəniyyət Nazirliyində redaktor işləmişdir (1966). "Elm və Həyat" jurnalında şöbə müdiri olmuşdur (1975-1982) Moskvada "Nedelya" Həftəlik qəzetinin müxbiri vəzifəsində çalışmışdır (1982-1986)

Sonra təqaüdə çıxmış, ömrünün sonunadək fərdi yaradıcılıqla məşğul olmuşdur Poetik yaradıcılığa 50-ci illərdən başlamışdır.

İlk şerləri "Sovet Ermənistanı" qəzetində və "Ədəbi Ermənistan" almanaxında dərc edilmişdir. Dövri mətbuatda müntəzəm çıxış etmişdir Əsərləri keçmiş SSRİ xalqlarının dillərində çap olunmuşdur.

1989-cu ildən Yazıçılar Birliyinin üzvü idi.

1994-cü il iyunun 2-də Bakıda vəfat etmişdir.


Tarix: 16.01.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Şairlər və Yazıçılar
loading...