beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rasim Gənzəli

Rasim Gənzəli - yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

1962-ci il fevral ayının 9-da Naxçıvan MR Ordubad rayonunun Gənzə kəndində anadan olub. Uşaqlıqdan əlildir, yeriyə bilmir. Evdə fərdi surətdə orta, daha sonra ali təhsil alıb. Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinin kitabxanaçılıq və biblioqrafiya ixtisasını bitirib.

Gənc yaşlarından mətbuat sahəsində çalışıb. Ordubadda çıxan “ Yeni Ordubad “ və “ El həyatı “ qəzetlərində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. Respublikanın dövri mətbuatında altı yüzə yaxın məqalə və publisistik yazıları dərc olunub.

Gənc yaçlarından bədii yaradıcılıqla məşğul olmağa başlayıb. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “ Qızıl qələm “, “ Vətən “, “ Yaddaş “, “ Türk ədəbiyyatına xidmət “, BMT-nin ədəbiyyat üzrə Avropa ordeni ilə təltif edilmişdir.

Ailəlidir.

Kitabları
1. “Qanlı çay”. Povest və hekayələr. Bakı. Gənclik nəşriyyatı. 1999-cu il.
2. “Qara sevda”. Roman. Bakı. Gənclik nəşriyyatı. 2000-ci il.
3. “Qurdlar və manqurtlar”. Roman. Bakı. “Adiloğlu” nəşriyyatı.2004-cü il.
4. “Qaranlıq gündüzlər”. Povest və hekayələr. Bakı. “Vektor” nəşrlər evi.2005-ci il.
5. “Qəlbi asiman kimi”. Publisistika. Bakı. “Qanun” nəşriyyatı.2007-ci il.
6. “Qalib gələn adam”. Publisistika. Bakı. “Vektor” nəşrlər evi.2008-ci il.
7. “Qiyamət qopanda...”. Roman. Bakı. “Vektor” nəşrlər evi.2010-cu il.


Tarix: 17.01.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Şairlər və Yazıçılar