beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülər Abdullabəyova

Abdullabəyova Gülər Həsən qızı - ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1980).

Həyatı

Gülər Abdullabəyova 1946-cı il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 6 saylı şəhər məktəbini bitirmişdir (1963). ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1963-1968). M.F.Axundov adına Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim (1970-1974), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində aspirant olmuş (1974-1978), hazırda elmi işçi vəzifəsində çalışır (1978-ci ildən).

1973-cü ildə ilk məqaləsi "İnqilabçı şair Adam Mitskeviç" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda Azərbaycan-Polşa ədəbi əlaqələr mövzusunda müntəzəm elmi məqalələrlə çıxış etmişdir.

Onun 50-dən artıq elmi məqalələri müxtəlif dillərdə çap olunmuşdur. Kiyevdə Beynəlxalq Slavyan ədəbiyyatı qurultayında (1983), Varşavada tənqid və ədəbiyyatşünaslığın aktual problemləri elmi konfransında (1986) iştirak etmişdir.

Polşada Elmlər Akademiyasında elmi ezamiyyətdə olmuşdur (1986). Slavistlərin XV Beynəlxalq qurultayında (Bratislava, 1993), V Beynəlxalq elmi konfransda (Lublin, 1993) və VIII Beynəlxalq konqresində (Regensburq, 1994) iştirak etmişdir.


Tarix: 15.01.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Şairlər və Yazıçılar