beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsa Muğanna

İsa (Muğanna) Hüseynov — yazıçı, ssenarist və kinoredaktor.

Həyatı

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

Yaradıcılığı

Əsərləri
Bizim qızlar (pyes), 1953
Dan ulduzu (pyes), 1955
Hekayələr, 1957
Yanar ürək (pyes), 1960.
Doğma və yad adamlar (roman), 1962.
Teleqram (pyes), 1963.
Yanar ürək (roman), 1965.
Tütək səsi (pyes və hekayələr), 1965.
Pyeslər, 1967.
Kollu koşa (pyes və hekayələr), 1969.
Ömrümdə izlər, 1971.
Saz (pyeslər), 1971.
Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
Yanar ürək, Doğma və yad adamlar, 1979.
Məhşər (roman), 1979.
İdeal (roman), 1985.
Qəbiristan

Filmoqrafiya
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Dəli Kür (film, 1969)
İyirmialtılar (film, 1966)
Qərib cinlər diyarında (film, 1977)
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
Nəsimi (1973)
Nizami (film, 1982)
Od içində (film, 1978)
Tütək səsi (film, 1975)
Ulduzlar sönmür (film, 1971)
Zəlimxan dastanı (film, 2007)

Mənbə
Azərbaycan Sovet Ədəbiyyatı Tarixi. 2 cilddə. I cild. Bakı: 1967,
Azərbaycan Sovet Ədəbiyyatı Tarixi. Bakı: 1988,
Ədəbi Proses-76. Bakı: 1978,
Sosialist Realizmi müasir mərhələdə. Bakı: 1987,


Tarix: 16.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 501 Bölmə: Şairlər və Yazıçılar