beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seymur Baycan

Seymur Baycan (Seymur XXX) — yazıçı, publisisit.

Həyatı

1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetini yarımçıq oxuyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.

Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”.

Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Xalq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.

Bir çox regional layihələrdə iştirak etmiş və kulturoloji mövzularda mühazirələr söyləmişdir.

Əsərləri
"Qeyri-ənənəvi cinsi əlaqə", 2003;
"Sərçələr", 2003;
"Qətl günü", 2004;
"Ət və ət məhsulları", 2005;
"18,6 sm", 2007;
"Körpüsalanlar", 2008;
"Quqark". 2011


Tarix: 19.01.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 888 Bölmə: Şairlər və Yazıçılar