Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmmədağa Sultanov

Məmmədağa Sultanov — tərcüməçi, şair, ədəbiyyatşünas, 1959-cıı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), filologiya elmləri namizədi (1948), baş elmi işçi (1982), müharibə və əmək veteranı.

Həyatı

Sultanov Məmmədağa Sultan oğlu - 1910-cu il yanvarın 5-də Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. İbtidai məktəbi qurtardıqdan sonra fərdi təhsil almışdır.

1991-ci il yanvar ayının 19-da Bakıda vəfat etmişdir.

Fəaliyyətləri

"Hücum" jurnalının məsul katibi (1932- 1933), Kürdəmir rayonu MTS siyasi şöbəsinin orqanı "Bolşevik" qəzetinin redaktoru (1933- 1935), Masallı rayonu qəzetinin redaktoru (1935]]-1936]]), "Gənc işçi" qəzetinin məsul katibi (1936-1937), "Kommunist" qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri (1937- 1938), mühəndis və təsərrüfatçıların ixtisasını artıran institutun dil və ədəbiyyat kafedrasının müdiri (1939), Azərbaycan Dövlət Universitetinin aspirantı və müəllimi (1939- 1941) işləmişdir. İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi və siyasi təlimatçısı kimi Sovet Ordusu tərkibində Təbrizdə (1941- 1942), Qafqazda olmuşdur (1942- 1945). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutu əlyazmaları şöbəsinin müdiri (1945-1950), Azərbaycan Elmlər Akademiyası Əlyazmaları fondunun direktoru (1950-1972), şöbə müdiri (1972-1976), Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunun Şərq ölkələri ilə ədəbi əlaqələr şöbəsinin müdiri ([[1976-1981), Azərbaycan EA respublika Əlyazmaları İnstitutunda baş elmi işçi (1982-ci il-dən) olmuşdur.

Əsərləri

Ədəbi fəaliyyətə 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Sənət məktəbi" adlı ilk şerilə başlamışdır. Klassik ədəbiyyatdan etdiyi poetik tərcümələr onun yaradıcılığında başlıca yer tutur. "Kəlilə və Dimnə" (1980) kitabındakı şerləri Füzulinin, Nəsiminin və digər klassiklərin fars dilində yazdığı şerləri poetik tərcümə etmişdir. Hərr də külli miqdarda kitabları bir mətnşünas kim tərcümə, tərtib edib müqəddimə, şərh və elmi-təd qiqi məqalələr yazmışdır. Rudəki, Cami, Əbu Əli Si na, Sədrəddin Ayni kimi sənətkarların yubileyinds məruzələrlə çıxış etmişdir. Daşkənddə ümumittifac Şərqşünaslar konfransında (1954), Moskvada Beynəlxalq Şərqşünaslar konqresində (1960), Düşənbədə Ümumittifaq konfransda (1982) nümayənds idi. Fəal ictimai iş aparmışdır: işlədiyi elmi-tədqiqat institutlannda yerli həmkarlar ittifaqının sədri, ilk partiya təşkilatının katibi olmuşdur. Xidmətlərinə görə 7 medalla təltif edilmişdir.


Tarix: 17.01.2013 / 11:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 353 Bölmə: Şairlər və Yazıçılar
loading...