beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Şamiloğlu

Rafiq Şamiloğlu — dövlət qulluqçusu, yazıçı

Həyatı

Rafiq Şamiloğlu 1959-cu ildə Yevlax şəhər orta məktəbini, 1965-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu Alman, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.

Ömrünün 40 ilini dövlət qulluğunda - müxtəlif vəzifələrdə işləmişdir.

1970-ci illərin əvvəllərindən ədəbiyyata gəlmişdir. Həmin illərdən onun dövrü mətbuatda - müxtəlif qəzet və jurnallarda povest və hekayələri çap olunmağa başlamışdır.

R.Şamiloğlu ədəbiyyata satirik yazıçı kimi gəlmiş və onun bu janrda yazdığı hekayələr, müxtəlif illərdə işıq üzü görmüş "Mavilik", "O dünyada nələr olur", "Ayrı cür canlarıq" adlı kitablarında toplanmışdır.

Sonrakı illərdə yazıçının "İtirilmiş məhəbbət" adlı povest və hekayələr kitabı, "İztirab" (2005) və "Xəyanət" (2007) romanları nəşr olunmuşdur.


Hər iki romanda R.Şamiloğlu çağdaş dövrümüzün bir sıra qlobal, mürəkkəb hadisələrini qələmə almış, cəmiyyətdə, insanların əxlaqında, milli-mənəvi dəyərlərimizdə baş verən aşınmaları, bu günümüzlə bağlı olan dərin ictimai-siyasi düşüncələri, lirik, intim və bədii lövhələri oxucuları ilə bölüşür, onların müzakirəsinə verir.


Tarix: 17.01.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Şairlər və Yazıçılar