beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rövşən Yerfi

Həsənli Rövşən Həsənbaba oğlu (Rövşən Yerfi) — nasir, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 Əsərləri
4 Xarici keçidlər
5 Həmçinin Bax


Həyatı

Rövşən Yerfi 1965-ci ilin aprelin 20-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib işləmişdir. 1995- 2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı olmuşdur, istefada olan ədliyyə mayorudur.

Fəaliyyəti

1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. 1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilib. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. 2009-cu ildə "Residivist" adlı kitabı nəşr olunub. "Üzdəniraq ada" romanı və "Residivist" povesti cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir. Bundan əlavə əsərləri "Azərbaycan", "Ulduz", "Mars", "Aran", "Eko-inter" jurnallarında, üzvü olmuş "Dirili Qurbani" ədəbi məclisinin almanaxlarında çap olunmuşdur.

Əsərləri
"Üzdəniraq ada" Bakı, Şirvannəşr, 2004
"Residivist" Bakı, Kitab Klubu, 2009
"Qadın düşərgəsi" Bakı, Kitab Klubu, 2010
"Günahsız qatil" Bakı, Qanun, 2010
"Üzdəniraq ada" Bakı, Kitab Klubu, 2012 (təkrar nəşr)


Tarix: 17.01.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 351 Bölmə: Şairlər və Yazıçılar