beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədir Aslan

Aslanov Qədir Təyyar oğlu – publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995).Mündəricat
1 Həyatı
2 Ədəbi fəaliyyəti
3 Kitabları
4 Həmçinin bax


Həyatı

Aslanov Qədir Təyyar oğlu Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur.

BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb.

1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb.

Qədir Aslan 7 nəfər Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş "Goranboy qartalları" adlı oçerklər kitabını yazmışdır. Bu kitab Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına layiq görülüb.

1995-ci ildən "Qızıl qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ədəbi fəaliyyəti

Kitabları
"Goranboy qartalları", Bakı,
"Göyçə şəhidləri", Bakı, "İşıq", 1997. 336 səh., şəkilli.a


Tarix: 16.01.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Şairlər və Yazıçılar