Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar yay tətilini necə keçirməlidir?

Məktəblərin bağlanmasına az vaxt qaldıqda tətil həyəcanı yaşanmağa və tətil planları tutulmağa başlanır. Təhsildə zəif olan uşağı günahlandırmaq əvəzinə, xətasından dərs alması üçün uşağın təşviq edilə biləcəyini unutmamalıyıq. Cəza vermənin uşağın ailəsilə olan münasibətinə təsir edə biləcəyini vurğulayan psixoloqlar bu məqamda da uşağı
n valideynlərini cəzalandırmaq üçün dərs öyrənməyə davam etməyəcəyini bildiriblər.

Tətildə uşaqlar nə qədər dərs öyrənməlidirlər?
Psixoloqlar yay tətilini uşağın istirahət edərək keçirməsinin vacib olduğunu vurğulayıblar. Bununla yanaşı, dərslərdən tam mənasıyla soyumasına imkan verməyən tətil planı tutulmasının doğru olacağını söyləyirlər. Məktəb açıldığı zaman uşağın adaptasiya sıxıntısı yaşamaması üçün mövzunun təkrar edilməsinin faydalı olacağını ifadə edən psixoloqlar çoxlu kitab oxumağı məsləhət görürlər.

Uşaq yay düşərgəsinə göndərilməlidirmi?
Son illərdə ölkəmizdə adətən trend halına gələn yay düşərgələri haqqında da danışan psixoloqlar bir çox ailənin ya mütəxəsis tövsiyəsinə inanaraq, ya da uşaqlarının yay tətillərini kompüter və televizor başında geçirməmələri üçün düşərgələri seçdiklərini deyirlər. Yay düşərgələrinin bir çox uşağın idmanla tanışdığı ilk yer olduğunu ifadə edən psixoloqlar uşaqda diqqətsizlik, ya da hiperaktivlik kimi pozğunluqlar varsa, idmana yönləndirilməsinin yaxşı olacağını bildirir. Bununla yanaşı, bu zaman uşağın bacarıqlarının diqqətə alınmasının vacibdir. Düşərgənin yerləşdiyi yerə öncədən gedib baxmaq və uşağın da mütləq razılığını almaq lazımdır.
Psixoloqlar yay tətilində uşaqların başqa şəhərlərdəki qohumlarının yanına göndərilməsinə qarşı olduğunu bildirir. Uşaq özü bunu istəməli və bu səyahət də uzunmüddətli olmamalıdır. Ölkəmizdə adətən bu qayda daha çox uşağın zəif qiymətlər aldıqda cəza kimi tətbiq olunur. Bu halın uşaq psixologiyasına mənfi təsirləri ola bilər.


Tarix: 06.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Valideynə məsləhət
loading...