Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlilikdə neçənci uşaq olmasının təsiri-PCC-nin Psixoloqu Elnur

Körpənizlə səfər etmənizi asanlaşdıracaq ipuclarıyla təyyarələr kabusunuz olmaqdan çıxacaq.

Poşet ya da kenqurunuz yanınızda olsun
Körpələrlə tək uçmaq çox çətindir. Yalnız iki qolunuz və çox işiniz vardır. Körpə kenqurunuzu yanına alaraq iki qolunuzun da boşda olmasını və ehtiyacınız olan şeylərə daha asan çatmanızı təmin edərsiniz. Əgər körpəniz qucağınıza ala bilməyəcəyiniz yaşdadırsa körpə arabasını yanınızda saxlayın.

Körpənizin yuxu nizamına uyğun bir uçuş alın
Əgər mümkünsə, təyyarənizin saatını körpənizin yuxu saatına bərabər gətirin. Beləcə körpəniz uçuş boyunca yata bilər və siz də sakit bir səfər keçirə bilərsiniz.
Qalxan və eniş müddətində körpənizə əmə biləcəyi bir şeylər verin
Qalxarkən və enişlərdəki təzyiq dəyişməsi körpənizi narahat edə bilər. Bunu maneə törətmək üçün cəhd et və enişdə körpənizə əmzik, əmzik kimi şeylər verərək qulaqlarının təzyiqdən təsirlənməsini təmin edə bilərsiniz.

Əyləncəli bir şeylər gətirin
Körpələr və uşaqlar asanca sıxılarlar. Təyyarədə bunu maneə törətmək üçün körpənizin diqqətini çəkəcək oyuncaqları yanınızda saxlanın. Bütün oyuncaqları bir anda vermək yerinə sırayla verin ki, sıxıldıqca diqqətini yeni bir şeyə adabta edə biləsiniz.

Kömək istəməkdən çəkinməyin
Stüardeslər sizə köməkçi olmaq üçün təyyarədələr. Əgər ehtiyacınız olsa kömək istəməkdən əsla çəkinməyin.

Hər şeyi planlayın
Təyyarələ səyahətdə hər şeyi nizamlamanız çətindir. Çamadanınız itə bilər və daha bir çox tərslik başınıza gələ bilər. Pis vəziyyətləri də göz qarşısında saxlayaraq körpəniz üçün ehtiyacınız olacaq hər şeyi çox yanına alın. Yaş dəsmal, körpə bezi, yeyəcək, içəcək, əlavə geyəcək, əmzik, oyuncaq, ədyal, əmzik, mama, kimi şeyləri yanına bol alın.

Hava limanına tez gəlin
Mümkünsə hava limanına tez gəlin və çekinizi tez əldə edin , təhlükəsizlikdən keçin və gecikmələrin qabağına keçin. Beləcə tələsik etmənizə və həyəcanlanmanıza ehtiyac qalmaz.


Tarix: 06.01.2015 / 16:00 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Valideynə məsləhət
loading...