Əkiz uşaq sahibi olmaq valideynlik bacarıqlarının sınanması üçün çətin bir imtahan kimidir. Marağı, sevgini bölüşdürmək, ehtiyacları qarşılamaq valideynlər üçün fərqli və çətin bir vəziyyətdir. Alınan hədiyyələr, paltarlar, hətta saç kəsimi modelləri belə eyni olduğunda bərabərliyi təmin etmək və rəqabət ilə baş etmək daha asan kimi görünür.
Bərabər davranmaq əkizlərin ayrı bir fərd olduqlarını qəbul etmənin önündəki ən böyük maneələrdən biri halına gələ bilər. Əkizlərdən hər biri , ayrı bir fərd olaraq fərqli maraq və şəxsiyyət xüsusiyyətlərinə malikdir. Onların fərqli zamanlarda fərqli ehtiyacları vardır və həyat hər zaman hər kəsə bərabər imkanlar təqdim etməz . Bu səbəblə əkizlərə bərabər davranmaq əslində ədalətli deyil. Əkizlərdən biri kədərlənməsin deyə digərinin müvəffəqiyyətlərinə kifayət qədər maraq göstərməmək , ya da eyni anda ikisinə birdən hirslənmək əkizlərin şəxsiyyət və güvən inkişafına mənfi təsir edə bilər. Adil olmaq haqq etdiyi şəkildə davranmaq , ya da haqq etdiyi fürsətləri təqdim etməkdir. Təbii ki bu əkizlərdən birinə əhəmiyyət verməmək , geri planda qalmasına səbəb olmaq demək deyil. Tam tərsi hər ikisinin fərdi xüsusiyyətlərini tanımaq və bu xüsusiyyətlərinə görə onları dəstəkləmək deməkdir.
Əkizlər arasında uşaqlardan biri bəzən digərinin müvəffəqiyyətlərinin kölgəsində qala bilər , rəqabətə girmək istəmədiyi üçün əkizinin olduğu mühitlərdə geri çəkilməyi seçim edə bilər . Ana- atalar üçün çətin olan, bu kimi vəziyyətlərdə tarazlığı təmin etməkdir. Amma tarazlığı təmin etmənin yolu əkizlərə tək bir bütün kimi davranmaq , ya da onları bir-birləriylə müqayisə edərək eyni olmalarını gözləmək deyil.
Əkizlər söz mövzusu olduğunda ana- ata ya da ətrafdakılar fərqində olmadan ya da olaraq əkizləri bir-birləriylə müqayisə edirlər. Bunun ən böyük səbəbi əkizlərin bir-birinin eynisi şəklindəki səhv düşüncədən qaynaqlanır. Əkizlər hər fərd kimi bir-birlərindən fərqli inkişaf xüsusiyyətləri göstərirlər. Ana- ata kimi əslində əkizlər də özlərini əkizləri ilə müqayisə edirlər. Çünki əvvəlcə özlərinin fərqinə varmadan əkizinin varlığının fərqinə varmış olurlar. Tək yumurta əkizlərində bu vəziyyət daha da mürəkkəb hala gələ bilər. Amma araşdırmalar ana-ataların ən çox cüt yumurta əkizlərini bir-birləriylə müqayisə etdiklərini göstərir.
Tarix: 06.01.2015 / 16:05 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Valideynə məsləhət