1 -Yol təhlükəsizliyi çox əhəmiyyətlidir, çünki ölkəmizdə ölümlərin çoxu yol qəzalarına bağlıdır. Körpələr mütləq yaşa uyğun avtomobil oturacağa oturmalı, qucaqda səfər etməməlidir. Əsla ön oturacağa mindirilməməlilərdir. Ən etibarlı yer arxa kreslodur. Avtomobil etibarlı və təmkinli istifadə edilməlidir.
2- Krandan axan suyun istiliyi nizamlanmalıdır. 40-45 dərəcədən çox çıxmamalıdır.
3- Körpələr hər dəqiqə müşahidə altında olmalı və heç bir zaman tək buraxılmamalıdır.
4- Beşiyin taxtalarının arası körpənin başının girə bilməyəcəyi darlıqda olmalıdır (6 santimetr ideal).
5- Körpə kürək üstü yatırdılmalı; yastıq və yorğan istifadə edilməməlidir.
6- Evdə siqaret qətiliklə çəkilməməlidir.
7- İsti içkilər etibarlı yerlərə qoyulmalıdır.
8- Körpələr hərəkətli olmağa başladığı andan etibarən içində təmizlik maddələrini ehtiva edən şkaflara, tualet qapaqlarına və qapılara uşaq kilidi taxılmalıdır.
9- Kiçik yerlərə çox diqqət yetirilməlidir.
10- Oyuncaqların təhlükəsizliyindən əmin olunmalı; bütün oyuncaqlar əvvəl çəkişdirilib cırılmağa çalışmalı, bacarıla bilmirsə körpənin əlinə verilməlidir.
11- Duş qəbul edərkən körpə bir dəqiqə belə gözdən ayırılmamalıdır. Körpələr bir qaşıq suda belə boğula bilərlər.
12- Çeynəyə bilməyəcəkləri sərt qidalar verilməməlidir (fındıq, fıstıq, nar, sosiska, bərk şəkər və s).
Tarix: 06.01.2015 / 15:25 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Valideynə məsləhət