Qarışıqlıq
Atalığın ilk aylarıyla ardınca bir neçə il hiss etdikləriniz arasında fərq vardır çünki bu dövrdə ziddiyyətli duyğular özünü göstərər. Bir tərəfdə yeni bir həyat yaratmış olmaqla gələn güc və qürur duyğusu, digər tərəfdə isə körpənin ehtiyaclarına cavab verə bilməmək, hətta bəzən anlaya bilməməkdən qaynaqlanan çarəsizlik duyğusu ortaya çıxa bilər.
Yeni və fərqli bir sevgi
Uşağınıza qarşı hiss edəcəyiniz sevgini, başqa kimsəyə qarşı hiss edəcəyiniz sevgiylə müqayisə edə bilməzsiniz. Bu bənzərsiz tərzdə bir sevgidir. Alışmaq zaman ala bilər.
Ziddiyyətli duyğular
Bir gün körpənizə baxıb inanılmaz sıx bir sevgi hiss edə bilər, sabahısı gün isə özünüzü boş və duyğusuz hiss edə bilərsiniz. Bəzən hər şeyi buraxıb getmək və yeni bir həyata başlamaq belə istəyə bilərsiniz. Ancaq bu, yüksək ehtimalla yerini bir an sonra qüvvətli bir günahkarlıq duyğusuna buraxacaq. Çünki hər saniyə körpəniz üçün möhtəşəm bir sevgi hiss etməmək sizi pis bir ata edər deyilmi? Xeyr! Bu duyğular tamamilə normaldır və ehtimalla önünüzdəki əlli il boyunca bu gəl -getləri yaşayacaqsınız. Öyrəşsəniz yaxşı olar.
Depressiya
Hər nə qədər ümumiyyətlə doğum sonrası depressiyanın qadınlar üçün olduğu düşünülsə də, çoxu kişi doğumla birlikdə bu müddəti yaşar. Bu vəziyyət qadınlarda olduğu kimi hormonal qaynaqlı deyil həqiqətə geri dönə bilməklə əlaqəlidir. Çünki yoldaşınız hamiləykən sizə maraq göstərən və anlayışlı davranan insanlar, doğumdan bir neçə həftə sonra əvvəlki kimi olmanızı gözləyər. Halbuki indi siz bir tərəfdən evdəki yeni məsuliyyətləriniz və yuxusuzluqla mübarizə aparakən, bir tərəfdən də iş həyatının altından qalxmalısınız.
Qorxu
Atalığın ilk ayları qorxularla doludur. Gözləmələri qarşılaya bilməmək, ailəni və uşağı kafi ölçüdə qoruya bilməmək, lazım olan imkanları təmin edə bilməmək, körpə üçün nəyin yaxşı olacağını bilməmək, öz atanıza bənzəməkdən ya da bənzəməməkdən narahatlıqlanmaq; qısacası səhv etmək. Əslində bu cür bütün qorxular, bir kişi və ya böyük sifətlərindən ata olmağa keçiş müddətində çox normaldır.
Yoldaşınızla əlaqəniz
Valideyn olmadan əvvəl yoldaşınızla daha çox zaman keçirir və bu sayədə əlaqənizi qüvvətləndirirdiniz. Amma indi hər şey dəyişdi. İndi hər kəsin tək maraq mərkəzi körpə. Buraxın yoldaşınızla bir şeylər paylaşmağı, yatmaq üçün belə vaxt tapa bilmirsiniz. Gündə bir neçə dəqiqəliyinə də olsa yoldaşınızla körpədən başqa bir mövzu danışmağa vaxt ayırın.
Valideynlik və hazırlıq müddəti
Ata olmadan əvvəl evdən çıxmaq, pulqabınızı və açarlarınızı yanına almaq və sobanın bağlı olduğundan əmin olmaqdan ibarət idi. İndi körpənizlə marketə getmək belə çox ciddi bir hazırlıq müddəti tələb edir. Üstəlik tam hər şeyi idarə altına aldığınızı düşünüb qapıdan çıxarkən körpəniz altını çirklədir!
Sevgidəki dərs
Siz körpənizin verdiyi ipuclarını qiymətləndirməyə çalışıb ehtiyaclarını qarşılayarkən, o da sizə olan sevgisini inanılmaz bir şəkildə göstərə bilmək üçün lazımlı olan fiziki koordinasiyanı qazanır. İlk dəfə sizə gülücük atdığında, sarıldığında ya da sinənizdə yatdığında, həqiqi sevginin nə məna verdiyini anlayacaqsınız.
Tarix: 06.01.2015 / 14:12 Müəllif: Aziza Baxılıb: 201 Bölmə: Valideynə məsləhət