98 — Nervanın ölümündən sonra Trayan Roma İmperatoru olur.
1299 — Osmanlı İmperiyasının əsası qoyulmuşdur.
1593 — Vatikan Cordano Bruno üçün yeddiillik məhkəmə açır.
1695 — II Mustafa II Əhmədin ölümündən sonra İstanbulda Osmanlı İmperiyasının sultanı olur və bu 1703-cü ilədək davam etdi.
1756 — Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Motsart dünyaya gəlib.
1837 — Görkəmli rus şairi Aleksandr Puşkin vəfat edib.
1859 —Almaniya İmperiyasının kayzeri II Vilhelm dünyaya gəlib.
1880 — Tomas Edison elektrik lampası üçün patent alıb.
1888 — Vaşinqtonda Beynəlxalq Coğrafiya Cəmiyyətinin əsası qoyulub.
1906 — Tanınmış tarixçi alim Sara Aşurbəyli anadan olub.
1924 — Türkiyə Kiprinin yaradıcısı Rauf Denktaş dünyaya gəlib.
1944 — İkinci Dünya Müharibəsi: Leninqradın 900 günlük mühasirəsi başa çatır.
1993 — Azərbaycan Respublikası Çexiya ilə diplomatik əlaqələr qurmuşdur.
Tarix: 27.01.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 176 Bölmə: Tarixdə bu gün