Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (21.01.2014)

Bu günün tarixi
(21.01.2014)

1924-cü ildə Azərbaycanlı bəstəkar Şəfiqə
Axundova anadan olub

1775 — Rusiyada kəndli üsyanının rəhbəri
Yemelyan Puqaçov edam edilib.
1793 — Fransız kralı XVI Lui qilyotinlə edam
edilib.
1843 - Fransız mühəndis, ilk
avtomobillərdən birinin konstruktoru Emil
Levassor anadan olub.
1920 — Parisdə Versal Sülh Konfransı başa
çatıb.
1924 - Azərbaycanlı bəstəkar Şəfiqə
Axundova anadan olub.
1924 — Sovet lideri Vladimir Lenin vəfat
edib.
1950 - Azərbaycanın Xalq Şairi Zəlimxan
Yaqub anadan olub.
1968 — Göyərtəsində 4 hidrogen bombası
olan amerikan hərbi təyyarəsi Qrenlandiya
yaxınlığında qəzaya uğrayır. Bombalardan
biri indiyədək tapılmayıb.
1976 - müğənni Emma Banton anadan olub.
1976 — Səsdən sürətli mülki təyyarə
“Concorde”un kommersiya uçuşları başlayıb.
1977 — İtaliyada aborta rəsmi icazə verilib.
1990 — Azərbaycan SSR Ali Sovetinin
fövqəladə sessiyası keçirilib. Respublika
rəhbərliyi sessiyada iştirak etməyiblər və onu
“qeyri-qanuni yığıncaq” adlandırıblar.
Sessiyada Bakıdan qoşunun çıxarılması və
fövqəladə vəziyyət rejiminin ləğvi barədə
qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi
buna məhəl qoymayıb.
1990 — Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində 20
Yanvar qətliamını pisləyib və hadisədə SSRİ
rəhbərliyini, şəxsən Mixail Qorbaçovu ittiham
edib.
1992 — Azərbaycan Respublikası İsveçrə ilə
diplomatik əlaqə qurmuşdur.
1992 — Azərbaycan Respublikası
Lixtenşteyn ilə diplomatik əlaqə qurmuşdur.
1998 — Roma papası II İohan Pavel ilk dəfə
olaraq kommunist rejimli ölkəyə – Kubaya
səfər edib.
1999 — Azərbaycan bəstəkarı Süleyman
Ələsgərov vəfat edib
2005 — İrlandiyada uzunluq vahidi kimi mil
əvəzinə kilometrdən istifadə edilməyə
başlanıb.
2006 — Kosovo prezidenti İbrahim Ruqova
vəfat edib.
2008 — Azərbaycan müğənnisi Lütfiyar
İmanov vəfat edib.


Tarix: 21.01.2014 / 16:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Tarixdə bu gün
loading...