Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalı soyqırımı ilə bağlı yeni kampaniya başlayacaq

Dünya Azərbaycanlı Gənclər Birliyi Ağ evin rəsmi saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya lazım olan səsin toplanılması və daha geniş kütləyə çatdırılması məqsədilə yeni kampaniyaya başlayacaq. Birliyin sədri Ramin Məmmədov keçirdiyi mətbuat konfransında qeyd edib ki, internetə çıxışı olmayan insanlar üçün planşetlər vasitəsilə səs vermək imkanı yaradılacaq.

Qeyd edək ki, artıq 42 mindən çox şəxs səsvermədə iştirak edib. 25 fevrala qədər bu səslərin sayını 100 minə çatdırmaq planlaşdırılır. R.Məmmədov qeyd edib ki, əgər son tarixə qədər lazımi səslər toplanarsa, ABŞ prezidenti Xocalı faciəsi ilə bağlı bəyanat verəcək və Ağ evdə müzakirəyə çıxarılacaq. Məqsəd ABŞ prezidenti Barak Obama və Ağ ev Adminstrasiyasının məsələyə diqqətini cəlb etməkdir.


Tarix: 08.02.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Tarixdə bu gün
loading...