Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (01.03.2013)

1324 — Lukosisterna yaxınlığında araqonlular və sardiniyalılar arasında döyüş baş vermişdir.

1325 — Moskva Rusiyanın kilsə mərkəzinə çevrilmişdir (Moskva knyazı İvan Kalita mitropolit Pyotru iqamətgahı Vladimirdən Moskvaya köçürməyə razı sala bilmişdir).

1360 — İngiltərə kralı III Eduard 16 funta 19 yaşlı Ceffri Çoseri fransız əsirliyindən azad etmişdir (Ceffri Çoser sonralar kralın kamardineri, silah daşıyanı və ən nəhayət İngiltərənin ən görkəmli şairlərindən biri olmuşdur).

1382 — Parisdə vergi yığanlar kütləvi şəkildə döyülmüşlər.

1420 — Roma Papası V Martin xaçpərəstləri çex qusitlərinə qarşı xaç yürüşlərinə çağırmışdır.

1498 — Vasko da Qama üzüb Mozambikə yetişmişdir.

1555 — Nostradamus özünün öncəgörmələr kitabını nəşr etdirmişdir.

1565 — Braziliyada portuqal koloniyası olan Rio-de-Janeyro yaradılmışdır (1 ildən sonra şəhərdə artıq 4000 nəfər əhalisi olmuşdur).

1638 — Şimali Amerikaya İsveçdən ilk mühacirlər gəlmişdir.

1692 — Salamda (ABŞ-ın Massaçusets ştatı) hakimiyyət dairələri Sara Qudu, Sara Osbornu və qul qadın Titubanı cadugərlikdə ittiham etmişlər. Sonrakı aylarda 150 qadın və kişi anoloji ittihamla həbsxanalara doldurulmuş, onlardan 19-u edam olunmuşdur.

1711 — İngilis jurnalı "Spekteytor"un ilk nömrəsi işıq üzü görmüşdür.

1767 — Kral III Karl yezuit ordeni nümayəndələrini İspaniyadan qovmuşdur.

1780 — ABŞ-da Pensilvaniya köləliyi qadağan edən ilk ştat olmuşdur.

1790 — ABŞ-da ilk dəfə əhalinin siyahıyaalınması aparılmışdır. Onun nəticələrinə görə ölkənin zənci-qullar da daxil olmaqla 3 929 214 nəfər əhalisi olmuşdur. Hindular siyahıya alınmamışlar.

1799 — Sankt-Peterburqda vals oynamaq qadağan edilmişdir.

1803 — Ohayo ABŞ-ın 17-ci ştatı olmuşdur.

1810 — Rusiya imperatoru I Aleksandr öz manifesti ilə Abxaziyanın Rusiyaya birləşdirildiyini elan etmişdir.

1845 — ABŞ prezidenti Con Tayler Texasın ABŞ yurisdiksiyasına daxil olması haqqında qanun imzalamışdır (Texas ərazisi uzun illər ABŞ və Meksika arasında mübahisələrin predmeti olmuşdur. 12 ilə yaxın Texas ABŞ, Belçika, Niderland, İngiltərə və Fransa tərəfindən tanınmış müstəqil dövlət kimi fəaliyyət göstərmişdir).

1867 — Nebraska ABŞ-ın 37-ci ştatı olmuşdur.

1869 — Dmitri Mendeleyev kimyəvi elementlərin onların atom çəkisinə və kimyəvi uyğunluqlarına görə dövri cədvəlini tərtib etmişdir.

1872 — ABŞ Konqresinin qərarı ilə Yelloustounda dünyada ilk milli park yaradılmışdır.

1880 — Alp dağlarında dünyada ilk nəhəng dəmiryolu tüneli olan Sen-Qotardın tikintisi tamamlanmışdır.

1881 — Rusiya imperatoru II Aleksandr qətlə yetirilmişdir.

1912 — Albert Berri Sent-Luisdə dünyada ilk dəfə paraşütlə təyyarədən tullanmışdır (460 m. hündürlükdən).

1920 — ABŞ-da dəmir yollarının əvvəlki sahiblərinə qaytarılmasını nəzərdə tutan Eş-Kammis qanunu qəbul edilmişdir.

1921 — Kronştaddakı Baltik dənizçilərinin "Bolşeviklərsiz Sovetlər uğrunda" şüarı altında qiyamı başlamışdır.

1927 — İtaliya bankı milliləşdirilmişdir.

1927 — Britaniya hökuməti Nyufaundlendin Labrador yarımadasına hüququnu tanımışdır. Bu yarımada üzərində hüququnun tanınmasına Kvebek də çalışırdı.

1928 — "Vışka" qəzeti nəşrə başlamışdır.

1928 — ABŞ-da həkim Herbert Evans altıncı vitamini kəşf etmiş, vitamin F adlandırılmışdır.

1930 — Moskva Aviasiya İnstitutu təsis edilmişdir.

1935 — Almaniya rəsmən lyuftvaffenin - Almaniya hərbi-hava qüvvələrinin mövcud olduğunu elan etmişdir.

1935 — Keçirilən plebisitin nəticələrinə görə Saar vilayəti yenidən Almaniyanın tərkibinə daxil olmuşdur (1920-ci ildən bu vilayət Millətlər Liqasının idarəçiliyi altındaydı).

1939 — ABŞ general Frankonun hökumətini rəsmən tanımışdır.

1941 — Dünyada ilk kommersiya FM radiosu — Nəşvildəki W47NV radiostansiyasını verilişlərini yayınlamağa başlamışdır.

1941 — faşist Almaniyasının təzyiqi ilə Bolqarıstan "Üçlər İttifaqı"na daxil olmuşdur.

1943 — Nyu-Yorkda Avropa yəhudilərinə dəstək vermək məqsədi ilə kütləvi nümayiş keçirilmişdir.

1947 — Beynəlxalq Falyuta Fondu fəaliyyətə başlamışdır.

1959 — Türkiyə Basketbol Federasiyası rəsmən yaradılmışdır.

1960 — Qvineya frank zonasından çıxıb öz milli valyutasını dövriyyəyə buraxmışdır.

1961 — ABŞ prezidenti Con Kennedi Sülh Korpusunun yaradıldığını elan etmişdir.

1962 — Qarden-sitidə (Miçiqan) hazırda Amerikada ən nəhəng ticarət şəbəkələrindən biri olan "Key-Mart"ın ilk mağazası açılmışdır.

1962 — Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava limanında Boinq 707 təyyarəsinin qəzaya uğraması nəticəsində 95 sərnişin və 12 heyət üzvü həlak olmuşdur.

1966 — Sovet avtomatik planetlərarası stansiya olan "Venera-3" dünyada ilk dəfə Venera planetinin səthinə yaxınlaşmışdır.

1970 — Zimbabve Britaniyadan öz müstəqilliyini elan etmişdir.

1976 — Böyük Britaniya parlamenti təhlükəsizlik kəmərlərindən istifadəni məcburi edən yeni yol hərəkəti qaydalarını təsdiq etmişdir.

1980 — Pentaqonun əmri ilə "çevik qüvvələr"in formalaşdırılmasına başlanılmışdır.

1990 — SSRİ və Vatikan arasında daimi nümayəndəlikər səviyyəsində diplomatik əlaqələr yaradılmışdır.

1991 — Donbass mədənçiləri Mixail Qorbaçovun ilk dəfə istefa tələbləri irəli sürülən tətilə başlamışlar.

1994 — Gürcüstan parlamenti Gürcüstanın MDB-yə girməsi haqqında sənədi ratifikasiya etmişdir.

1995 — Qazaxıstan prezidenti Qazaxıstan Xalqlarının Assambleyasının təşkili haqqında fərman imzalamışdır.

1995 — Ermənistanda dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanılmışdır.

2001 — Rusiya və Gürcüstan arasında geniş miqyaslı viza rejimi tətbiq olunmuşdur.

Doğumlar

40 — Mark Valeri Marsial, romalı şair-epiqrammaçı (ö. 102/104).

1278 — Sultan Məhəmməd Xudabəndə Olcaytu xan, elxanlı sultanı (ö. 1316).

1445 — Sandro Bottiçelli, italyan rəssam, toskan məktəbinin nümayəndəsi (ö. 1510).

1456 — II Ulaslo, Çexiya və Macarıstan kralı (ö. 1516).

1547 — Rudolf Qoklenius, sonrakı protestant neosxolastikasının nümayəndəsi (ö. 1628).

1683 — Karolina Brandenburq-Ansbaxlı, Ansbax Knyazlığının şahzadəsi, II Georqun həyat yoldaşı, 1727-ci ildən Böyük Britaniyanın və İrlandiyanın kraliçası (ö. 1737).

1769 — Fransua-Severen Marso-Deqravye, fransız general (ö. 1796).

1810 (bəzi mənbələrə görə 22 fevralda) — Frederik Şopen, görkəmli polyak bəstəkar və pianoçu, musiqidə romantizm cərəyanının nümayəndəsi (ö. 1849).

1837 — Uilyam Din Xouells, amerikalı yazıçı və ədəbi tənqidçi (ö. 1920).

1845 — Fyodor Pirotski, tanınmış rus elektrotexnik (ö. 1898).

1858 — Georq Zimmel, alman filosof və sosioloq, sonrakı "həyat fəlsəfəsi" cərəyanının əsas nümayəndələrindən biri (ö. 1918).

1863 — Aleksandr Qolovin, rus rəssam (ö. 1930).

1875 — Jan Oqyust Mari Tiyo, fransalı tədqiqatçı, Mərkəzi Afrika və Saxara Səhrasının tədqiqatçısı (ö. 1956).

1876 — Anri De Baye-Latur, belçikalı aristokrat, qraf, Beynəlxalq Olimpiya Komitəsinin 3-cü prezidenti (1925-1942) (ö. 1942).

1879 — Alan Xenderson Qardiner, ingilis misirşünas və dilçi (ö. 1963).

1880 — İsaak Şönberq, ingilis alim, ingilis televiziya sisteminin əsasını təşkil edən kəşfin müəllifi, Böyük Britaniya lordu (ö. 1963).

1886 — Oskar Kokoşka, çex əsilli Avstriya rəssamı və yazıçısı, Avstriya ekspressionizminin ədəbiyyatdakı və təsviri incəsənətdəki nəhəng fiqurlarından biri (ö. 1980).

1892 — Akutaqava Rünoske, yapon yazıçı (ö. 1927).

1896 — Dimitris Mitropulos, yunan-amerikalı dirijor, pianoçu, bəstəkar (ö. 1960).

1899 — Erix fon dem Bax, SS oberqruppenfüreri, SS və polis qüvvələrinin generalı (ö. 1972).

1904 — Qlenn Miller, amerikalı trombonçu, aranjımançı, dünyanın ən tanınmış svinq orkestlərindən biri olan "Qlenn Millerin orkestri"nin (XX əsrin 30-cu illərinin sonu - 40-cı illərinin əvvəli) rəhbəri (ö. 1944).

1910 — Arçer Con Porter Martin, ingilis biokimyaçı və fizika-kimyaçı, 1952-ci il Kimya üzrə Nobel mükafatı laureatı (ö. 2002).

1910 — Devid Nayven, ingilis kinoaktyor, Hollivud aktyoru (ö. 1983).

1917 — Pobert Louell, amerikalı şair, dramaturq və ədəbi tənqidçi, poeziyada tövbə cərəyanının nümayəndəsi (ö. 1977).

1918 — Juan Qulart, Braziliya prezidenti (1961-1964) (ö. 1976).

1921 — Riçard Uilber, amerikalı şair, tərcüməçi (ö. 1976).

1922 — İsxak Rabin, yəhudi siyasi və hərbi xadim, İsrailin 5-ci və 11-ci baş naziri, 1994-cü il Nobel Sülh mükafatı laureatı (ö. 1995).

1924 — Donald Kent Sleyton, amerikalı astronavr (ö. 1993).

1927 — Harri Belafonte, afroamerikalı müğənni, aktyor və prodüser.

1928 — Seymur Papert, görkəmli amerikalı riyaziyyatçı, proqramçı, pedaqoq, "Loqo" dilinin yaradıcısı.

1928 — Jak Rivett, fransız kinorejissor.

1929 — Georgi Markov, bolqar dissident, yazıçı və jurnalist (ö. 1978).

1934 — Elmira Qafarova, Bakı şəhər Partiya Komitəsində birinci katibi (1971-1980),
Azərbaycan SSR-nin Təhsil naziri (1980-1983), Azərbaycan SSR-nin Xarici İşlər naziri (1983-1987), Azərbaycan SSR Ali Sovetinin sədri (1987-1991), SSRİ Ali Sovetinin deputatı (ö. 1993)

1939 — Leo Brauer, kubalı bəstəkar, gitaraçı, dirijor (ö. 1978).

1943 — Akinori Nakayama, yapon gimnast, dəfələrlə dünya çempionu, altıqat olimpiya çempionu.

1943 — Rəşid Sünyayev, özbək əsilli görkəmli sovet və Rusiya astrofiziki.

1943 — Xose Anxel İribar, ispan futbol qapıçısı, keçən əsrin 60-70-ci illərində Avropanın ən məşhur qapıçılarından biri.

1944 — Rocer Doltri, ingilis müğənni, mahnı müəllifi aktyor.

1945 — Dilsuz, azərbaycanlı şair, tərcüməçi.

1945 — Dirk Benedikt, amerikalı kino aktyoru.

1947 — Əsəd Əsədov, azərbaycanlı kino işçisi, səs rejissoru.

1948 — Hamlet İsaxanlı, azərbaycanlı riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, Xəzər Universitetinin rektoru.

1952 — Martin O'Nil, məşhur Şimali İrlandiyalı futbolçu və futbol məşqçisi.

1952 — Aydın Dadaşov, azərbaycanlı alim, pedaqoq.

1952 — Fərman Xəlilov, azərbaycanlı ədəbiyyatşünas, filologiya elmləri namizədi.

1954 — Ron Hovard, amerikalı kinorejissor, prodüser və aktyor.

1956 — Dalya Qribauskayte, litvalı siyasətçi, Litva prezidenti.

1957 — Qəmbər Bəybalayev, "Azərpoçt"un baş direktoru.

1958 — Mədaxil Cavadlı, azərbaycanlı şair, publisist.

1963 — Tomas Anders (əsl adı Bernd Vayqdunq), tanınmış alman estrada müğənnisi, "Modern Talking" qrupunun solisti.

1963 — Ronald Frensis, kanadalı peşəkar hokkeyçi.

1964 — Xaqani Qayıblı, azərbaycanlı şair, tərcüməçi.

1964 — Pol Le Quen, fransız futbolçu, Fransa Milli Futbol Komandasının keçmiş oyunçusu, Kamerun Milli Futbol Komandasının baş məşqçisi.

1967 — Aron Vinter, holland futbolçu.

1969 — Xaviyer Bardem, ispan aktyor.

1973 — Cek Devenport, ingilis kinoaktyor.

1974 — Timur Vaynşteyn, "Parni iz Baku" ("Bakılı Oğlanlar") Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəri.

1978 — Censen Ekls, amerikalı kinoaktyor.

1980 — Anna Semenoviç tanınmış rus fiqurlu konki sürəni, "Blestyaşie" qrupunun müğənnisi.
1980 — Cimi Traore, malili futbolçu.

1983 — Daniel Karvalyo, braziliyalı futbolçu.

1984 — Aleksandr Stin, isveçli peşəkar hokkeyçi.

1985 — Andreas Ottl, alman futbolçu.

1986 — Conatan Spektor, amerikalı futbolçu.

1989 — Karlos Vela, meksikalı futbolçu, Meksika Milli Futbol Komandasının oyunçusu.

Ölümlər

589 — Müqəddəs Daid, yepiskop, Uelsin müqəddəs himayəçisi (d. 500).

986 — Lotar, Fransa kralı (d. 941).

986 — II İştvan, Macarıstan kralı (d. 1101).

1233 — I Tomas, Savoy qrafı, Pyemont knyazı (d. 1178).

1510 — Fransişku de Almeyda, Hindistanın ilk portuqal vitse-kralı (d. 1450).

1546 — Corc Uişart, şotland kilsə xadimi, reformasiyanın təbliğçisi (d. 1513).

1633 — Corc Herbert, ingilis şair və natiq (d. 1593).

1643 — Cirolamo Freskobaldi, italyan bəstəkarı və orqan ifaçısı, fuqanın yaradıcılarından biri (d. 1583).

1697 — Françesko Redi, italyan həkim (d. 1626).

1757 — Edvard Mur, ingilis şair və dramaturq (d. 1712).

1773 — Luici Vanvitelli, italyan memar, barokkonun ən görkəmli nümayəndələrindən biri (d. 1700).

1792 — II Leopold, Almaniya kralı, Müqəddəs Roma İmperiyasının imperatoru (d. 1747).

1841 — Klod-Viktor Perren, Fransa marşalı, de Belluni hersoqu (d. 1764).

1862 — Piter Barlou, ingilis riyaziyyatçı (d. 1776).

1875 — Tristan Korbyer, fransız şair-simvolist, "lənətlənmiş şairlər" qrupunun təmsilçisi (d. 1845).

1879 — Yoaxim Xeer, İsveçrə siyasətçisi, prezidenti, Radikal-Demokrat Partiyasının üzvü (d. 1825).

1881 — II Aleksandr, 1856-1881-ci illərdə Rusiya imperatoru (d. 1818).

1882 — Teodor Kullak, polyak mənşəli alman pianoçu, bəstəkar, musiqi müəllimi və naşir (d. 1818).

1911 — Yakob Xendrik Van-Qoff, holland kimyaçı, 1911-ci il Kimya üzrə Nobel mükafatı laureatı (d. 1852).

1913 — Fyodor Korş, rus filoloq, professor, görkəmli dilçi (d. 1843).

1920 — İosif Trumpeldor, yəhudi ictimai və siyasi xadim, başlanğıc dövründə sionist hərəkatının ən tanınmış nümayəndələrindən biri (d. 1880).

1922 — Rafael Moreno Aransadi, ispan futbolçu, hücumçu (d. 1892).

1936 — Mixail Kuzmin, rus şair, nasir, tərcüməçi, bəstəkar (d. 1872).

1938 — Qabriele d’Annunsio, italyan yazıçı, şair, dramaturq, siyasi xadim (d. 1863).

1940 — Anton Tammsaare (Xanzen), eston yazıçı, tənqidi realizm cərəyanının nümayəndəsi (d. 1878).

1952 — Mariano Asuela, meksikalı həkim, ədəbi tənqidçi, yazıçı (d. 1873).

1958 — Cakomo Balla, italyan rəssam, futurizm cərəyanının banilərindən biri (d. 1871).

1979 — Mustafa Bərzani, kürd hərbi və siyasi xadim, İraq Kürdüstanındakı milli-azadlıq hərəkatının lideri (d. 1903).

1980 — Diksi Din, tanınmış ingilis futbolçu, İngiltərənin Everton klubunun əfsanəvi hücumçusu (d. 1907).

1984 — Ceki Kuqan, Hollivudun ilk uşaq ulduzu (d. 1914).

1985 — Yucin List, amerikalı pianoçu, pedaqoq (d. 1918).

1991 — Edvin Lənd, amerikalı icadçı, "Polaroid" şirkətinin və "Polaroid" foto kamerasının yaradıcısı (d. 1909).

1995 — Jorj Kyöler, alman immunoloq, 1984-cü il Fiziologiya və Tibb üzrə Nobel mükafatı laureatı (d. 1946).

1995 — Vladislav Listyev, Rusiya jurnalisti, televiziya aparıcısı ("Vzqlayd" ("Baxış"), "Pole Çudes" ("Möcüzələr meydanı"), "Tema" ("Mövzu") televiziya proqramlarının aparıcısı), Rusiya İctimai Televiziyasının (ORT) ilk baş direktoru (d. 1956).

2005 — Piter Malkin, İsrail kəşfiyyatçısı, Mossadın operativ şöbəsinin rəisi (d. 1927).

2008 — Raul Reyes, FARK-ın (Kolumbiya İnqilabi Silahlı Qüvvələri) liderlərindən biri (d. 1948).


Tarix: 01.03.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 852 Bölmə: Tarixdə bu gün
loading...