Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (17.02.2013)

1600-cü ildə İtalyan alim Cordano Bruno edam edilib

1673-cü ildə Fransız dramaturq Molyer vəfat edib

1798-ci ildə Fransız alim, Kont “sosiologiya” termininin müəllifi Oqüst Kont dünyaya gəlib

1854-cü ildə Böyük Britaniya Afrikadakı müstəmləkəsi olan Çəhrayı Respublikanın (indiki Cənubi Afrika Respublikası) müstəqilliyini tanıyıb. Bu, Afrika qitəsində müstəqillik əldə etmiş ilk dövlət idi

1856-cı ildə alman mütəfəkkiri və şair Henrix Heyne vəfat edib

1863-cü ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib

1880-ci ildə Rusiya çarı II Aleksandra sayca beşinci sui-qəsd cəhdi olub, "xalqçı" Stepan Xalturinin təşkil etdiyi terror nəticəsində Qış sarayında böyük partlayış baş versə də, çara zərər dəyməyib

1926-cı ildə Xalq artisti Sofiya Hüseynova dünyaya gəlib

1942-ci ildə qarmon çalan Kor Əhəd vəfat edib

1947-ci ildə "Amerikanın səsi" radiosunun dalğaları keçmiş SSRİ məkanına yayılmağa başlayıb

1957-ci ildə Türk ordusunun komandası futbol yarışında amerikan rəqibini 19:0 hesabı ilə məğlub edib

1972-ci ildə Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri olub

1979-cu ildə Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq onun bir hissəsini işğal edib

1981-ci ildə Amerikan fotomodel və aktrisa Paris Hilton dünyaya gəlib

1982-ci ildə Moskva metrosunda eskalatorun qırılması nəticəsində rəsmi məlumatlara görə 30 nəfər həlak olmuşdu

1983-cü ildə “ADA” proqramlaşdırma dili meydana çıxıb

1991-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi şair Mədinə Gülgün vəfat edib

1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunub

1993-cü ildə Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb

1994-cü ildə Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb

2002-ci ildə Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb. Bu pul vahidi 641 il tədavüldə olub

2008-ci ildə Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib

2008-ci ildə türk musiqiçi və teatr aktyoru Ayseli Güreli vəfat edib

2009-cu ildə Amerikalı ermənişünas alim Ronald Suninin “Erməni xalqı: qədim dövrdən bu günə kimi” kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərməsi ermənilərin qəzəbinə səbəb olub

2009-cu ildə türk teatr aktyoru Qəzənfər Özcan vəfat edib


Tarix: 17.02.2013 / 17:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 360 Bölmə: Tarixdə bu gün
loading...