Bu günün tarixi
(18.01.2014)
1941-ci ildə Azərbaycan kinorejissoru Eldar
Quliyev anadan olub
1258 – Hülakü xan Bağdadı mühasirəyə alıb.
1654 – Rus İmperiyası Ukraynanı işğal edib.
1689 – fransız filosof Şarl Lui Monteskyö
anadan olub.
1778 – İngilis səyyah Ceyms Kuk Havay
adalarını kəşf edib.
1825 – Moskvada "Bolşoy Teatr" açılıb.
1871 – Alman İmperiyası (İkinci Reyx) elan
edilib.
1896 – Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-
Yorkda nümayiş etdirilir. Yaradıcısı əvvəlcə
ona "X" adı ona görə vermişdi ki, şüanın
xarakteristikası o zaman fizikaya bəlli deyildi.
1903 – tanınmış Azərbaycan pedaqoqu və
təhsil təşkilatçısı Mehdi Mehdizadə anadan
olub.
1904 – ABŞ və Böyük Britaniya aktyoruKeri
Qrant anadan olub.
1911 – İlk dəfə təyyarə gəminin üzərinə
endi. Pilot Eugene B. Ely, San-Françisko
limanında olan USS Pennsylvania gəmisinə
enmişdir.
1919 – Paris sülh konfransı işə başlayıb.
Konfransda dünya dövlətlərinin yeni
sərhədləri müəyyən edilib.
1923 – BBC-yə İngiltərədə radio yayımına
görə lisenziya verilmişdir.
1926 – Yusif Vəzir Çəmənzəminlinin sovet
vətəndaşlığı bərpa edilib.
1926 – "Knyaz Potyomkin zirehli gəmisi"
filmi ekranlara çıxıb.
1927 – Amerika Senatı Lozan konfransının
qərarlarını ratifikasiya etməkdən imtina
edib.
1941 – Azərbaycan kinorejissoru Eldar
Quliyev anadan olub.
1943 – Sovet ordusu Leninqradın 872 gün
davam edən mühasirəsini yarıb.
1947 – aktyor, rejissor Takeşi Kitano anadan
olub.
1947 – Azərbaycan xalq artisti, rəqqasə Afaq
Məlikova anadan olub.
1955 – aktyor Kevin Kostner anadan olub.
1990 – Erməni silahlı qüvvələri Şərur rayon
Kərki kəndi işğal edib.
1990 – 13 yanvarda başlayan Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP
MK) büro iclasları başa çatıb. İclaslarda
respublikadakı vəziyyət müzakirə edilib,
iştirak edənlər güc tətbiq etmənin zəruri
olduğunu bildiriblər. Etiraz edən olmayıb.
1991 – "Səhrada tufan" əməliyyatının
ardından İraq ordusu Tel Əvivə və Hayfaya
Scud raketləri atıb.
1996 – Maykl Cekson ilə Lisa Marie Presleynin
iki il davam edən evlilikləri boşanma ilə sona
çatmışdır.
2005 – 800 sərnişin tutumlu "Airbus A380"
təyyarəsi Fransanın Tuluz şəhərində mediaya
təqdim edilib.
Tarix: 18.01.2014 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Tarixdə bu gün