Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür!

Milli Qəhrəman Mübariz İbrahimovun
doğum günüdür!

Milli Qəhrəman Mübariz İbrahimovun
Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci
il fevralın 7 de Biləsuvar rayonu Əliabad
kəndində anadan olub.
1994-cü il şəhid M.Piriyev adina Əliabad
kənd orta məktəbinin 1-ci sinfinə daxil
olub.


11 il oxuduqdan sonra 2005 ci ildə
orta məktəbi bitirib.
Elə həmin il hərbi xidmətə
cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N
say...lı hərbi hissəsinin (XTB) Xüsusi
Təyinatlı Bölüyündə başlamışdır.
Xidməti zamanı çavuş rütbəsi almış və
xidmətini 2007-ci ildə bitirmişdir.

Bir müddət mülki işlərdə işlədikən sonra 2008
ci ilin yayında yenidən öz arzusu ilə
hərbiyə qayıtmaq
istəsə də valideynlərinin razılığı
olmayıb.


Yenidən 2009-cu ilin avqust
ayında valideynlərini razı salıb və hərbi
xidmətə yollanıb.
Bu dəfə artı Gizir kimi çalışmağa
başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir
neçə ay düşmənlə sərhəd olan rayonlarda
xidmət etmək nəsib olmayıb.
Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər
rayonunun N saylı hərbi hissəsində
xidmətinə başlayir.


Çox çəkmir ki,uzun müddət
düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK
planını həyata keçirmək və düşmənə ən
sarsıdıcı zərbəni vurmağın yollarını tapır.
Nəhayət ömrünün ən gənc cağında 22
yaşında (1988-2010) 19 iyun 2010-cu il
tarixində gece saat 23:30- radələrində
düşündüyü əməliyyata başlayır.
22 yaşlı bu mərd oğul 1 km-lik neytral
məsafəni (minalanmış sahəni) tək keçir və
mənfur düşmənlərimizin ağla sığmaz
sayda əsgər və zabitini elə birinci həmlədə
məhv edir.


Sonra isə düşmənin öz silahlarını özünə
istifadə edərək 5 saat tək orduya qarşı
döyüşur.Düşmən ağır itkilərə məruz qalsa
da nəhayət ki, səhər saatlarında canını bu
bəladan qurtara bilir.
İgid vətən oglu 19 iyun 2010-cu il tarixində
qəhrəmancasına həlak olur. Özünün də
dediyi kimi VƏTƏN SAG OLSUN !


Allah
rəhmət eləsin,qəbri nurla dolsun,yeri
cənnətlik olsun....


Tarix: 07.02.2013 / 21:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Tarixdə bu gün
loading...