Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

21 yanvar 2014 Xalq şairi Zəlimxan Yaqubun 64 yaşı tamam olur

21 yanvar 2014,
Xalq şairi Zəlimxan Yaqubun 64 yaşı
tamam olur
Bakı, 21 yanvar.

Xalq şairi Zəlimxan Yaqubun bu gün 64
yaşı tamam olur.

Yaqubov Zəlimxan Yusif oğlu 1950-ci
ildə Borçalının Bolnisi rayonunun
Kəpənəkçi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) kitabxanaçılıq fakültəsini bitirib.
"Azərkitab" sistemində, həmçinin kitab satışı
və çapı sistemində müxtəlif vəzifələrdə
işləyib. "Yazıçı" nəşriyyatında şöbə redaktoru
və şöbə müdiri olub.
İlk şeiri 1966-cı il oktyabrın 4-də
Gürcüstanın Bolnisi rayon qəzeti "Qələbə
bayrağı"nda dərc edilib.
Məmməd Araz ədəbi mükafatı (1995) ilə,
"Şair harayı", "Vətən yaralar", "Sizi
qınamıram" və "Ziyarətin qəbul olsun"
kitabına görə H.Z.Tağıyev adına mükafatla
(1995), "Şöhrət" ordeni və Gürcüstan
Respublikasının "Şərəf" ordeni ilə təltif edilib.
2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin
sədridir.
Azərbaycan Milli Məclisinin deputatı seçilib.


Tarix: 21.01.2014 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Tarixdə bu gün
loading...