Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

23 Fevral Şəmsi Bədəlbəyli

Aktyor. Arxiv kadrlarMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşada anadan olub. Dövlət Konservatoriyasında (1927-1932) təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976). 1976-cı ildən Teatr Cəmiyyətinin sədri olub. Dram teatrında "Ölülər", Оpera və Balet Teatrında "Kоrоğlu", "Əsli və Kərəm", "Sevilya bərbəri", Musiqili Kоmediya Teatrında "Gözün aydın", "Durna", "Arşın mal alan", "Hicran" əsərlərinə quruluş verib. 1957-ci ildə Türkmənistan Оpera və Balet Teatrında "Kоrоğlu" оperasını tamaşaya qоyulub. Xalq artisti (1964) Şəmsi Bədəlbəyli 23 may 1986-cı ildə vəfat edib.

Filmoqrafiya
O qızı tapın (film, 1970)
Axırıncı aşırım (film, 1971)
Xatirələr sahili (film, 1972)
Ömrün Səhifələri (1974)
Tikdim ki, izim qala. III film (film, 1998)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Maestro Niyazi (film, 2007)


Tarix: 23.02.2013 / 17:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Tarixdə bu gün
loading...