Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gun Muslum Maqamayevin dogum gunudur

Maqomayev doğum
günüdür
Həyatda olsaydı, bu gün 71 yaşı tamam
olacaqdı.
Bu gün görkəmli Azərbaycan və sovet
opera və estrada müğənnisi (bariton),
bəstəkar, SSRİ Xalq artisti Müslüm
Maqomayevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, Müslüm
Məhəmməd oğlu Maqomayev 1942-ci il
avqustun 17-də Bakı şəhərində anadan
olub.İlk dəfə 14 yaşında dənizçilər
klubunda çıxış edib.
19 yaşında Helsinkidə gənclər
festivalında, 1963-cü ildə Moskvada
keçirilən Azərbaycan mədəniyyəti
günlərində uğurlu çıxışları ilə şöhrət
qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera
və Balet Teatrının solisti olub, İtaliyanın
Milan şəhərindəki “La Skala” teatrında
təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya
bərbəri” operasından Fiqaronun,
“Toska” operasından Skarpianın
partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin “Olimpiya” konsert
salonunda ilk konsertini verib. 1968-ci
ildə Azərbaycan Dövlət
Konservatoriyasını bitirib. 1969-cu ildə
Sopotda (Polşa) keçirilən Beynəlxalq
Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə “Azərbaycan Dövlət
Estrada-Simfonik Orkestri”nin bədii
rəhbəri təyin edilib. Bu orkestrlə Sovet
İttifaqının bir sıra şəhərləri ilə yanaşı
Fransa, Bolqarıstan, Polşa, Finlandiya,
Kanada və İranda konsertlər verib.
1970-ci illərdən həyatını estrada ilə
bağlayıb və görünməmiş populyarlıq
qazanıb. Keçmiş SSRİ-nin hər yerində
çıxışlar edib, stadionlarda konsertlər
verib, televiziya onun konsertlərinə
geniş yer ayırıb, qrammofon valları
böyük tirajla buraxılıb.
Repertuarı hərtərəfli və olduqca
genişdir. Populyar mahnılarla yanaşı,
dünya hitlərini, klassik əsərləri, kinolara
yazılmış mahnıları məharətlə
səsləndirib. Azərbaycan Ali Sovetinin
deputatı olub, bir sıra orden və
medallarla təltif edilib.
Qeyri-adi uğurlara imza atan Müslüm
Maqomayevin həyat və sənət yolu da
qeyri-adidir. 1950-ci illərin axırlarında,
yeniyetməlik və ilk gənclik illərində Bakı
məhəllələrindən birindəki həyətlərində,
dostlarının arasında oxuyardı.
Bakıda tayı-bərabəri olmayan bu
bariton səsi eşidən hər kəs istər-
istəməz ona diqqət kəsilir, bu səsin
sehrindən çıxa bilmirdi. Artıq 15-16
yaşında tanınırdı, öz pərəstişkarları
vardı. Onu klublarda, məktəblərdə,
institutlarda, hətta Bakı bulvarında
oxumağa dəvət edirdilər. O isə bu
dəvətlərin heç birini cavabsız qoymazdı.
Gənc Müslümün nadir səsi, qeyri-adi
istedadı təbii ki, Azərbaycanın musiqi
ictimaiyyətinin diqqətini də cəlb
etmişdi. Məşhur dirijor və bəstəkar
Niyazi onu çox sevir, sənətdəki hər
addımına göz qoyur, qayğısına qalırdı.
Oxumaqdan yorulmayan Müslüm
təcrübəli pedaqoqlardan dərs aldıqca
səsi daha da cilalanır və gözəlləşir,
tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə
qazanır. Maestro Niyazinin tövsiyəsi ilə
tələbə və gənclərin Helsinkidə keçirilən
VIII Ümumdünya Festivalına göndərilən
Müslüm Bakıya medalla qayıdır.
Populyar “Oqonyok” jurnalı onun
portretini və “Bakılı gənc dünyanı fəth
edir” başlıqlı məqalə dərc edir.
1940-50-ci illərdə Rəşid Behbudov öz
ecazkar tenor səsi ilə SSRİ-də və
dünyanın digər ölkələrində şöhrət
qazanmışdı. Onun gənc həmkarı
Müslüm 1960-cı illərin ortalarında SSRİ-
də və bir sıra digər ölkələrdə geniş
tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın
rəhbərliyi nəyin bahasına olursa-olsun
onu öz truppasına cəlb etmək istəyirdi.
İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət
naziri Yekaterina Furtseva Müslümü öz
şəxsi himayəsinə götürdü.
Onun ən böyük arzularından biri
İtaliyada təhsil almaq idi. Nəhayət,
həmin gün də gəlib yetişir və gənc
Müslüm Azərbaycan Opera və Balet
Teatrı tərəfindən “La skala” teatrına
təcrübə toplamağa göndərilir. O, hələ
uşaqlıqdan Mattia Battistini, Enriko
Karuzo, Mario del Monako, Tinna Ruffo
kimi italyan klassiklərinin
qramplastinkaları ilə maraqlanır,
onlardan qiyabi olaraq vokal dərsləri
alırdı. İndisə gənclik xəyalları
gerçəkləşmiş və ona Çenarro Barro,
Enriko Pyatsa kimi canlı korifeylərdən
dərs almaq nəsib olmuşdu.
Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi
qayıdır və “Seviliya bərbəri”
tamaşasında səhnəyə çıxır. Görkəmli
pianoçu Rauf Atakişiyevlə dostluğu və
əməkdaşlığı onun bu yolda daha böyük
uğurlarına yol açır. “Seviliya bərbəri”
operasının hər tamaşası anşlaqla keçir
və Bakı tamaşaçıları Fiqaronu – Müslüm
Maqomayevi görünməmiş coşqu ilə
qarşılayırlar.
O, Eldar Quliyevin filmlərinə musiqi
yazırdı. Daha sonra rejissor Qleb
Drozdovun sifarişlərini yerinə yetirib.
“İqor polku haqqında dastan” əsərinin
motivləri əsasında hazırlanmış
“Yaroslavna” tamaşasına musiqi
bəstələyib. Özü həmin tamaşada knyaz
İqor, Tamara Sinyavskaya isə
Yaroslavna rollarını ifa edib.
Müslüm Maqomayev Tamara
Sinyavskaya ilə evlənmişdi.
1971-ci ildə haqqında “Oxuyur Müslüm
Maqomayev” adlı film-konsert
çəkilmişdir. İllərlə dinləyicilərin sevgisini
qorumağı bacarmış Müslüm
Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı
və Xalqlar Dostluğu ordenləri ilə təltif
edilmiş, SSRİ-nin xalq artisti adını
almışdır.


Tarix: 18.09.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 546 Bölmə: Tarixdə bu gün
loading...