Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vahid Mustafayevin "Xoca" filmi qırğız dilinə tərcümə olunur

Qırğızstan tamaşaçılarının böyük marağıına səbəb olan Vahid Mustafayevin “Xoca” filmi Bişkekdəki Türkdilli Dövlətllərinin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunur. Fondun prezidenti Nüsrət Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Xocalı faciəsini bədii şəkildə dünyaya çatdırmaq missiyası ilə ərsəyə gətirilən film tərcümə edildikdən sonra “Qırğızfilm” kinostudiyasında dublyaj olunacaq.

Filmi qırğız dilinə tanınmış şair Mukan Asanaliyev tərcümə edir. Mukan Asanaliyev geniş Azərbaycan oxucusuna çoxdan tanışdır. Mukan Asanaliyevin tərcüməsində qırğız oxucuları B. Vahabzadənin “Gülüstan”, Mir Cəlalın “Seçilmiş əsərlərinin” üçcildliyi, R. Mehdiyevin “Gorus-2010”, Adil Cəmilin “Epos Manas-Türk dastançılıq ənənələri” və başqa əsərlərlə tanışdılar.

Film nümayişə tam hazır olandan sonra Bişkekdəki ən böyük kinoteatrlarda, “Oktyabr”, “Rossiya” və “Ala Too”da eyni vaxtda təqdimatı keçiriləcək. Filmin təqdimatı isə müəlliflərlə razılaşdırılacaq.

Qeyd edək ki, Vahid Mustafayevin 2012-ci ildə Xocalı faciəsinin 20-ci ildönümünə həsr etdiyi ekranlaşdırdığı “Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin baş prodüsseri Mir Şahin, prodüsseri Eyyub Danişvər, bəstəkarı Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operatoru Afşin Əlizadə, montaj edəni Elşad Rəhimovdur.

Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. Film 102 dəqiqə tamaşaçını gərginlik və həyəcan içində saxlayır. Xocalı soyqırımının üstündən 21 il keçməsinə baxmayaraq, bu tarixi hadisə barədə çəkilmiş ilk bədii film olaraq qalacaq. Filmdə Vahid Mustafayev soyqırımın necə başlanması və bu hadisələrin pərdəarxası məqamlarını ön plana çəkib. Film ermənilərin Xocalıda törətdiyi soyqırımdan bəhs edir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cərəyan edən hadisələri işıqlandırılıb. Filmin ana xətti müharibənin bütün mümkün gözəlliklərə qarşı çevirilməsi, insanların içindəki ən bəşəri xüsusiyyətlərin hədəfə alınmasıdır.

Filmin qısa məzmunu belədir: İki gənc – Əliəkbər və Günel ərizə verib, Bakıda nigah növbəsinə dayanırlar. Nigah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağda – Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir...


Tarix: 16.02.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Tarixdə bu gün
loading...