Prezident İlham Əliyevə
"İlin adamı" mükafatı
təqdim edildi
Bu yüksək mükafata layiq görüldüyünə görə
minnətdarlığını bildirən dövlət başçısı öz
fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf
etdirməyə çalışacağını dedi.Bu gün Prezident İlham Əliyevə ANS şirkətlər
qrupunun və Milli Qəhrəman Çingiz
Mustafayev adına Fondun “2013-cü ilin
adamı” mükafatı təqdim olunub.
ANS PRESS-in məlumatına görə, bu yüksək
mükafata layiq görüldüyünə görə
minnətdarlığını bildirən Prezident İlham
Əliyev bildirdi ki, öz fəaliyyəti ilə ölkəmizi
gələcəkdə də inkişaf etdirməyə çalışacaq.
“Sizin verdiyiniz belə yüksək qiymət məni
daha da ruhlandırır” deyən dövlət başçısı
“İlin adamı” mükafatını təqdim edən ANS-in
ölkədə ilk müstəqil telekanal olduğunu
xatırlatdı, Azərbaycanda müstəqil
jurnalistikanın inkişafında ANS-in xüsusi
rolunu qeyd etdi. ANS Şirkətlər qrupunun
vitse-prezidenti Mirşahin Ağayev bu
mükafatın 2001-ci ildən verildiyini dedi və
bildirdi ki, bu mükafatın ideya təməlində
vətənpərvərlik və millətə göstərilən
xidmətlərin dəyərləndirilməsi dayanır.
ANS Şirkətlər qrupunun rəhbəri, Çingiz
Mustarfayev Fondunun İdarə Heyətinin üzvü
Vahid Mustafayev bildirdi ki, Prezident İlham
Əliyev bu mükafata ölkə vətəndaşlarının
etimadını qazanaraq yenidən prezidenti
seçilməsi, Azərbaycanın nüfuzunun BMT
Təhlükəsizlik Şurasının sədri kimi dünyada
gedən proseslərə təsir göstərəcək həddə
çatdırılması, ölkəmizin kosmik dövlətlər
cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf
tempini qoruyub saxlayaraq Şahdəniz-2, TAP
və TANAP layihələrinin uğurla həyata
keçirilməsi ilə Azərbaycanın Avropanın enerji
təhlükəsizliyində oynadığı rolun artırılması,
Avropa Birliyinə üzv ölkələrlə sadələşdirilmiş
viza rejiminə keçidə nail olunması,
Azərbaycanın regionda yürütdüyü ardıcıl və
prinsipial siyasətə görə layiq görülüb.
Bir daha minnətdarlığını bildirən Prezident
İlham Əliyev pul mükafatının ənənəvi olaraq
Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona
təqdim olunan saatın isə muzeydə
saxlanılacağını bildirdi. Deyilən xoş sözlərə
görə təşəkkür edən Prezident İlham Əliyev
2013-cü ilin həqiqətən uğurlu olduğunu, ilin
əvvəlində ASAN xidmətinin yaradıldığını, bu
xidmətin korrupsiya və rüşvətxorluğa qarşı
aparılan mübarizəyə yardım etdiyini
vurğuladı. Şahdəniz-2 layihəsinin
imzalanması ilə 2013-cü ilə gözəl yekun
vurulduğunu deyən dövlət başçısı bu
hadisənin ölkəmizin siyasi və iqtisadi
maraqlarını təmin edəcəyini bildirdi.
Prezident İlham Əliyev 2013-cü ildə
“Azərspace -1” peykinin fəzaya
buraxılmasını ilin mühüm hadisələrindən
biri adlandırdı. Peykin idarə edilməsinin artıq
Azərbaycan mütəxəssisləri tərəfindən həyata
keçirilməsinin önəmini qeyd etdi. Ötən ilin
yaddaqalan hadisələri sırasında Davos
forumunun Azərbaycanda keçirilməsini,
ölkəmizin iqtisadi inkişaf templərinə görə
Avropa qitəsində 1-ci olduğunu, sosial
sahədə ciddi islahatlar aparıldığını, MDB
məkanında ən böyük əmsalla sovet
əmanətlərinin məhz Azərbaycan
vətəndaşlarına verildiyini, təhsil, ordu
quruculuğu, sosail sahələrdə çox ciddi
islahatların keçirildiyini və bu islahatların
artıq öz bəhrəsini verdiyini deyən Prezident
İlham Əliyev BMT Təhlükəsizlik Şurasına
sədrliyi dövründə ölkəmizin mövqeyinin
ədalətə söykəndiyini bildirdi, dünyada
Azərbaycana olan dəstəyin artdığını
vurğuladı.
Prezident İlham Əliyev medianın
həyatımızdakı vacib rolundan danışdı,
Azərbaycanda bütün azadlıqların mövcud
olduğunu dedi, bildirdi ki, ANS kanalı
müstəqil jurnalistikanın inkişafına gələcəkdə
də töhvə verəcək. Dövlət başçısı çıxışının
sonunda əmin olduğunu bildirdi ki, 2014-cü
il də Azərbaycan üçün uğurlu olacaq.
Tarix: 18.01.2014 / 13:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Tarixdə bu gün