1714 — I Pyotr Sankt-Peterburqda Rusiyada ən qədim muzey Kunstkameranı təsis edir.
1747 — Londonda ilk dəfə zöhrəvi xəstəlikləri klinikası açılıb.
1865 — Dmitri Mendeleyev "Spirtin su ilə birləşmələri" adlı dissertasiya müdafiə edib.
1884 — Azərbaycan siyasətçisi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biriMəhəmməd Əmin Rəsulzadə anadan olub.
1903 — Rəssam Ələkbər Rzaquluyev anadan olub.
1916 — N.İ.Lobaçevski adına Nijne Novqorod Dövlət Universiteti yaradılıb.
1946 — Yeni Konstitusiya ilə Yuqoslaviya altı respublikadan ibarət federasiyaya çevrilib.
1950 — ABŞ Prezidenti Harri Trumen hidrogen bombası planını açıqlayıb.
1958 — ABŞı-n «Ekslorer-1» ilk Yerin süni peyki buraxılıb.
1963 — Azərbaycanlı aktyor Ələsgər Ələkbərov vəfat edib.
1970 — Sovet helikopter konstruktoru Mixail Mil vəfat edib.
1974 — Azərbaycanlı rəssam Ələkbər Rzaquluyev vəfat edib.
1989 — ABŞ-ın Əfqanıstandakı səfirliyi bağlanıb.
1990 — Keçmiş SSRİ-də məşhur "McDonalds" ictimai iaşə şirkətinin Moskva şəhərində ilk kafesi açılıb.
1992 — Yanvar ayı ərzində erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 azərbaycanlını qətlə yetiriblər.
1992 — ATƏT-in üzv ölkələrin xarici işlər nazirləri şurası MDB-nin bütün 10 üzvünü təşkilata qəbul edib.
1992 — Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli şəhid olub.
Tarix: 31.01.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 419 Bölmə: Tarixdə bu gün