Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gun Müslüm Gürses vefat etdi

Keçirdiyi əməliyyat sonrası reanimasiyaya alınan sənətçi Müslüm Gürsesin vəfat etdiyi xəbəri sosial mediada səs-küyə səbəb olub. Lakin sənətçi Müslüm Gürsesin müalicəsi hələ davam edir. Dünən bir qrup Müslüm Gürses pərəstişkarı da xəstəxanaya gələrək sevgilərini nümayiş etdirərək gəlməyənlərə də etirazlarını bildiriblər. İctimai mediada gecə yayılan bir xəbər isə hamını çaşdırıb. Təsdiqlənmiş heç bir məlumat ya da xəbər olmamasına baxmayaraq, Müslüm Baba olaraq xatırlanan Müslüm Gürsesin öldüyü söz-söhbəti "Twitter”də yayılıb. Xəstəxanadan gələn xəbərdə isə, "Müslüm Gürsesin sağlamlıq vəziyyəti stabildir, müalicəsi davam edir. Lütfən yazılmış yalan xəbərlərə inanmayın."


Tarix: 01.03.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Tarixdə bu gün
loading...