Corc Vaşinqton (prezident)
22 fevral 1732, Brics-Krik,
Virciniya - 14 dekabr 1799, Maunt-
Vernon, ABŞ) — Amerika dövlət xadimi.
ABŞ İstiqlal müharibəsi zamanı
Kontinental Ordunun baş komandanı,
ABŞ-ın ilk prezidenti (1789-1797).
Həyatı
1753-1754-cü illərdə Virciniyadakı
könüllü hərbi birləşmələrdən birinə
rəhbərlik etmişdir. 1759-cu ildə
polkovnik rütbəsində istefaya çıxmış,
1759-1774-cü illərdə Virciniya
qanunvericilik məclisinin deputatı
olmuşdur. 1787-ci ildə Vaşinqtonun
sədrliyi ilə ABŞ Konstitusiyası
hazırlanmışdır. ABŞ-ın 1790-cı ildə əsası
qoyulan yeni paytaxtının salınması üçün
Potomak çayı sahilindəki yeri Vaşinqton
seçmişdir.
Şəhər əvvəllər onun şərəfinə
Corctaun, sonradansa Vaşinqton
adlandırıldı.
O, Seçicilər Kollegiyasında səslərin
100%-ni qazanmış yeganə ABŞ
prezidentidir.
Hazırkı 1 ABŞ dollarının üzərində Corc
Vaşinqtonun təsviri vardır. Həmçinin,
Raşmor dağında təsviri həkk olunan 4
prezidentdən biridir. Onun təsviri
soldan birincidir.
Tarix: 22.02.2013 / 22:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Tarixdə bu gün