1229-cu ildə Səlibçilər Qüdsü ələ keçirib
1737-ci ildə rus memarı Vasili Bajenov dünyaya gəlib
1881-ci ildə Fransa Tunisi işğal edib
1894-cü ildə Coca-Cola ilk dəfə şüşədə satılmağa başladı
1906-cı ildə şair Süleyman Rüstəm anadan olub
1918-ci ildə Moskva Rusiyanın paytaxtı oldu
1921-ci ildə Türkiyənin dövlət himni (İstiqlal marşı) qəbul edilib
1922-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət olan ZSFSR təşkil edilib
1930-cu ildə Mahatma Qandi “Duz yürüşü”nə başlayıb
1938-ci ildə Alman qoşunu Avstriyanı tutub
1940-cı ildə Sovet-Fin müharibəsi başa çatıb
1946-cı ildə aktyor Məzahir Cəlilov anadan olub
1946-cı ildə amerikalı aktrisa Layza Minelli dünyaya gəlib
1969-cu ildə türk şoumeni Bəyazid Öztürk (Bəyaz) anadan olub
1985-ci ildə Türkiyənin Kanadadakı səfirliyinə hücum edən erməni terrorçular mühafizəçini öldürüb, 4 əməkdaşı girov götürüb. Girovlar bir-neçə saat sonra azad edilib.
1986-cı ildə İspanlar referendumda ölkənin NATO-da qalmasına səs verib
1987-ci ildə şahmatçı Teymur Rəcəbov anadan olub
1992-ci ildə Azərbaycan Respublikası İran ilə diplomatik əlaqələr qurub
1993-cü ildə Bombeydə ardıcıl olaraq baş verən terror aktları 300 insanın həyatına son qoyub
1999-cu ildə Çexiya, Polşa və Macarıstan NATO-ya daxil olub
2000-ci ildə Roma papası II İohan Pavel kilsənin qadınlara, müxalifətə və yəhudilərə qarşı günahlarına görə üzr istəyib
Tarix: 12.03.2013 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Tarixdə bu gün