1133-cü ildə İngiltərə kralı II Henri anadan olub
1827-ci ildə İtalyan fizik Alessandro Volta anadan olub
1831-ci ildə Lənkəranda Rusiya işğalına qarşı üsyan başlamışdır
1912-ci ildə İtalya ordusu ilk dəfə hava şarlarından hərbi məqsədlərlə istifadə edib
1933-cü ildə baş vermiş böyük iqtisadi böhran səbəbilə Amerikada bütün banklar bağlanıb və maliyyə fəaliyyətləri dondurulub
1936-cı ildə məşhur futbolçu və futbol şərhçisi Vladimr Maslaçenko anadan olub
1974-cü ildə Hollivud aktrisası Yeva Mendes anadan olub
1992-ci ildə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılıb. Parlamenti mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verməyə məcbur olub.
2001-ci ildə Məkkədə həc ziyarəti vaxtı baş vermiş izdihamda 35 zəvvar ölüb
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 4 mart 2005 tarixli, 654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında Bədən tərbiyəsi və idman günü elan edilib
Tarix: 05.03.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Tarixdə bu gün