Bu gün xalq artisti İlham
Namiq Kamalın 64 yaşı
tamam olur. Ad günü
təəssüratlarını Xalq artisti doğum gününü evdə,
ailəsi ilə birgə keçirəcəyini deyib. Əlavə edib
ki, artıq səhər saat 8-dən sənət və ailə
dostlarından təbriklər alıb.
İlham Namiq Kamal 1949-cu ildə, yanvarın 9-
da Bakıda doğulub. 1966-cı ildə Mirzəağa
Əliyev adına Azərbaycan Dövlət Teatr
İnstitutunun dram və kino aktyorluğu
fakültəsinə daxil olub. 1971-ci ildən
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının aktyor truppasında çalışıb. Həmin
ilin fevralın 3-dən Akademik Milli Dram
Teatrında aktyor işləyib. 1989-cu ildə
rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi
Gənclər Teatrında aktyorluğa başlayıb.
1993-cü il iyun ayının 14-də özünün "İlham"
Miniatür Teatrını yaradıb. Hazırda direktor və
bədii rəhbər olduğu bu teatrda həm
quruluşçu rejissor, həm də aktyor kimi
çalışır. 1995-ci ildən Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
dərs deyir. "Estrada sənəti" kafedrasının
müdiridir.
Xalq artisti tamaşalarda rol almaqla yanaşı
bir çox filmlərdə çəkilib. “Ağasadıq
Gəraybəyli”, “Qayınana”, “Mehmanxana
sahibəsi”, “Qəribə adam”, “Sizi, kiçik toy
məclisinə dəvət edirik”, “Üzeyir ömrü”,
“Evləri köndələn yar”, “Musiqi müəllimi”,
“Kişilər”, “Göz həkimi”, “Bəyin oğurlanması”,
“Adam ol!”, “Bəylik dərsi”, “Evləri göydələn
yar” və başqa filmlərdə təkrarsız obrazları ilə
seçilib.
Xalq artistini təbrik edir,
uzun ömür, can sağlığı və yaradıcılığında
yeniliklər arzulayırıq.
Tarix: 09.01.2014 / 10:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Tarixdə bu gün