Bu gün xalq artisti Seyid
Şuşinskinin ad günüdür
Müğənni ömrünün son illərində isə Opera və
Balet Teatrında muğam operaları üzrə
məsləhətçi işləyib
Şuşa xanəndəlik məktəbinin ən parlaq
nümayəndəsi, Cabbar Qaryağdıoğlu nun
“Şərq musiqisinin incisi” adlandırdığı Seyid
Şuşinski 1889-cu ilin bu günü Füzuli
rayonunun Horadiz kəndində anadan olub.
Uşaqkən valideynlərini itirən Seyid xanəndə
olan xalası Məşədi Hürzadın himayəsində
böyüyür. Seyidin peşəkar xanəndə kimi
yetişməsində Şuşa mühitinin həlledici rolu
olub.
Xanəndəlik sənətinin sirrlərini Cabbar
Qaryağdıoğludan öyrənən Seyid Şuşinski
1907-ci ildə Şuşada M. M. Nəvvabın musiqi
məktəbində təhsil alıb. 1913 və 1914-cü
illərdə “Ekstrafon” aksioner cəmiyyəti
tərəfindən Kiyevdə onun ifasında bir sıra
muğamlar vala yazılıb. S.Şuşinski 1919-cu
ildən Bakıda yaşayıb, fəhlə klublarında
konsertlər verib, teatr tamaşalarında,
konsertlərdə çıxış edib.
Seyid Şuşinski ictimai-siyasi mövzuda olan
“Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət
istərsə” və s. şeir və qəzəlləri ilə xalqı
mübarizəyə çağıran ilk xanəndə olub.
Daha sonra Tiflisdə fəaliyyət göstərmiş Seyid
Şuşinski xanəndəlik sənətini daha da
təkmilləşdirib, bədii zövqü və səhnə ustalığı
formalaşmışdı. Onun oxuduğu “Çahargah”,
“Hümayun”, “Rast”, “Mahur”, 'abul”,
“Şahnaz”, “Mirzə Hüseyn seygahı”,
muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə”
zərbi muğamları musiqi xəzinəmizdə
bəzərsiz sənət əsərləri kimi özünəməxsus
yer alıb
1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbüsü ilə
Azərbaycan Dövlət Konservatoriyasında,
sonra isə Azərbaycan Dövlət Musiqi
Məktəbində muğam sinifində müəllimlik
etməyə başlayır. 1939-1960-cı illərdə
Azərbaycan Dövlət Filarmoniyasının və
Azərbaycan Radiosunun solisti olub,
ömrünün son illərində isə Opera və Balet
Teatrında muğam operaları üzrə məsləhətçi
işləyib.
O, bir çox muğamlara yeni guşələr əlavə edir,
bir çox muğamları birləşdirib oxuyur.
Bunlardan “Rast-Hümayun”, “Qatar-Bayatı”,
“Şur-Şahnaz” dəstgahları diqqətə layiqdir.
Seyid Şuşinskinin görkəmli bəstəkarımız
Fikrət Əmirovun ilk dəfə yaratdığı və
dünyada şöhrət qazandığı “Şur” və “Kürdi-
Ovşarı” simfonik muğamlarının yazılmasında
da məsləhətçi kimi böyük köməyi olub.
O 1956-cı ildə Xalq artisti,1961-ci ildə isə
əməkdar müəllim adlarına layiq görülüb.
Lakin bu qədər hörmətə, şan-şöhrətə malik,
sənətin zirvəsinə qalxan Seyid Şuşinskinin
son günlərində qayğısına qalan yalnız
tələbələri idi. Müğənnilərdən H. Rzayeva, Y.
Kələntərli, Ə. Əliyev, R. Muradov, Z. Xanlarova,
İ. Rzayev və b. onun yetişdirmələridir.
S.Şuşinski 1 oktyabr 1965-ci ildə 76 yaşında
dünyasını dəyişib. Xalqın iradəsi ilə onu Fəxri
Xiyabanda dəfn ediblər
Tarix: 12.04.2013 / 22:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Tarixdə bu gün