1916-cı ildə I Dünya müharibəsi gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum vilayətini işğal edib
1918-ci ildə Rusiya İmperiyasının dağılmasından istifadə edən Litva dövlət müstəqilliyini elan edib
1923-cü ildə Misir Fironu Tutanxamonun məzarı aşkarlanıb
1933-cü ildə Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya "Kiçik Antanta" ittifaqı yaradıblar
1936-cı ildə İspaniyada keçirilmiş parlament seçkilərində kommunistlərin qurduqları Xalq Cəhbəsi qalib gəlib
1941-ci ildə Şimali Koreyanın dövlət başçısı Kim Çen İrin dünyaya gəlib
1956-cı ildə Britaniyada ölüm hökmü ləğv edilib. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi
1959-cu ildə Fidel Kastro Kuba Respublikasının baş naziri vəzifəsinin icrasına başlayıb
1992-ci ildə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub
1997-ci ildə Lissabon sammitinin yekunları ilə bağlı təxminən 2 ay sürən mübahisələrdən sonra ATƏT-in Minsk qrupunda daimi üçlü həmsədrlik institutunun yaradılması rəsmiləşmiş, Rusiya, ABŞ və Fransa nümayəndələri həmsədrlik formatında fəaliyyətə başlayıb
1999-cu ildə Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş verib, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olub və onlarla adam yaralanıb
Tarix: 16.02.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 251 Bölmə: Tarixdə bu gün