Siqaretin ürək xəstəliyinə, tənəffüs problemlərinə uşaqların vaxtından əvvəl doğulmasına və.s. kimi problemlərə səbəb olduğunu dəfələrlə bildirmişik lakin təəssüf ki, siqaretin zərərləri bununla kifayətlənmir siqaret həmçinin diş tökülməsi, ağız, dil, dodaq, boğaz xərçənginin və digər diş xəstəliklərinin də bir nömrəli səbəbkarı sayılır. Stomatoloqların 18 yaşdan yuxarı 13,650 pasient arasında apardığı araşdırmaları nəticəsində məlum olmuşdur ki, siqaret çəkənlərin çəkməyənlərə nisbətən 4 dəfə çox diş problemi olduğu ortaya çıxmışdır. Hətta pasientlərin 60% - nin ağız, dil, dodaq, boğaz xərçənginə səbəb olduğu aşkarlanmışdır.
Mütəxəssislər akupunktura və dərman otları vasitəsi ilə siqareti tərgitməyin mümkün olduğunu bildirirlər.
Tarix: 08.01.2015 / 15:44 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq