Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahmar Əhmədov - Karyerası

Təhsilini tamamlayıb yenidən Məzrəyə qayıdan Şahmarı Məhkəmənin sədri vəzifəsinə təyin edirlər. Sonra “Yerevan Dövlət Universiteti”nin hüquq fakültəsini bitirmış və 1939-cu ildə Amasiya rayonuna təyin edilmişdir. Amasiya rayonu coğrafi mövqeyinə görə Türkiyə ilə həmsərhəd olan “Kiçik Qafqaz” dağlarının əhatəsində yerləşir. “Böyük Vətən Müharibəsi” illərində Amasiya rayonuna ixtisaslı gənclər cəlb edilirdi. Eləcə də, İrəvan Pedaqoji Texnikomun məzunları Amasiya rayonuna səfərbər edilirdilər. Qızlardan ibarət məzunlar Amasiya rayonuna aid olan kəndlərin məktəblərinə müəllim vəzifəsinə təyin olunurdular. Həmin qızların arasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhhərrəmovun anası Şəfiqə xanım, Ceyran xanım Zeynalova, eləcə də Lətifə xanım Abbasova da var idi. 1947-ci ildə Şahmar məhz həmin qızlardan biri - Lətifə xanımla evlənmişdir. Elə həmin ildə yenidən Bakıya hüquqşünaslıq kursuna göndərilmişdir. 1948-ci ildə bu kursu bitirdikdən sonra Basarkeçər rayonuna hakim təyin edilir, amma burada cəmi beş ay (10.06.48-04.10.48) qalır. Həmin ilin oktyabr ayından Zəngibasarda xalq hakimi vəzifəsində işləyir.1953-cü il iyun ayının 30-na qədər Zəngibasarda xidmət edən Şahmar sonra Artaşat rayonuna göndərilir. 1957-ci ildə isə, Amasiya rayonuna hakim təyin edilərək ömrünün sonuna qədər orada xalq hakimi vəzifəsində çalışır. Şahmar Əhmədov 10 avqust 1972-ci ildə Amasiya rayonunda vəfat etmiş, doğma kəndi Böyük Məzrədə dəfn olunmuşdur.


Tarix: 09.02.2015 / 16:20 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Qərbi Azərbaycan
loading...