Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SSRİ dövründə toponimlərin dəyişdirilməsi

Ermənistan SSR-də toponimlərin dəyişdirilməsi prosesi o dövrdə SSRİ imperiyasında baş verən daxili siyasi proseslərlə sıx əlaqəli idi. 1924-1930 illər ərzində Ermənistanda 80 toponim dəyişdirilmişdir. Toponimlərin dəyişdirilməsinə səbəb kimi 3 yanvar 1935-ci ildə Ermənistan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda deyilirdi ki, Ermənistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir. Əsl səbəb isə gizlədilirdi. Bu gün hər kəsə aydındır ki, Ermənistandakı Türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların Türk mənşəli olmasıdır və bu da indiki Ermənistanda etnik əhalinin Azərbaycanlılar olduğunu sübut edən əsas dəlildir. .

Ermənistanda toponimlərin çoxu iki və ya daha artıq ərazidə təkrarlanırdılar. Toponimlərin dəyişdirilməsi prosesi İİ Dünya Müharibəsindən sonra (1946-1950), daha da sürətləndi. Buna əsas səbəb 1946-1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və Amerikadan Ermənistana köçən ermənilərin sayının artması idi. Bu illər ərzində təqribən 90 000 erməni Qərbi Azərbaycana köçürülmüşdür.

Toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi çəkildə deportasiyası idi., SSRİ Nazirlər Şurasının 10 mart 1948-ci ildə təsdiq etdiyi № 745 nömrəli qərarında azərbaycanlıların ermənistan SSR-dan Azərbaycanın Kür-Araz ərazisinə köçürülməsi göstərilirdi..

Bu qərara əsasən 1948-ci ildə 10 000, 1949-cu ildə 40 000, 1950-ci ildə 50 000 azərbaycanlı ermənistandan köçürüldü.

1930-60-cı illərdə dəyişdirilən toponimlər; Addəyişmə 1935-ci ildə müvəqqəti təxirə salınıb. Lakin 1935-ci il yanvarın 3-dən isə bu iş yenidən başlamış və Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyəti ilk fərmanı imzalamışdır və ilk fərmanla 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırım qurbanı olmuşdur.

Qızıl kilsə – Karmiravan (Qukasyan)
Böyük kəpənək – Musaelyan (Axuryan)
Künən – Getaşen (İcevan)
Boğaz kəsən – Dzorakan (Ani)
İtquan – Gülüstan (Əzizbəyov) və s.


Tarix: 09.02.2015 / 16:15 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qərbi Azərbaycan
loading...