Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əştərək

Əştərək — Ermənistan Respublikasında şəhər, mərzinin inzibati mərkəzi. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şosse yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir.

Tarix
IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929 - cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930 - cu ildə yaradılan rayonun adı oldu.

1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi (143, s.162), 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak (143, s.75), Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi (348, s.24) qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.

Erməni alimləri Əştərək (Aştarak) toponiminin erməni dilində «qüllə» mənasında işlənən aştarak (qüllə) sözündən əmələ gəldiyi göstərirlər (318, s.81-82; 427, s.297). Lakin bu, ermənilərin izahıdır və elmi həqiqətdən uzaqdır. Toponim türk dili materialları əsasında düzgün izah edilə bilir.

Əştərək toponimi türk dilində «yüksək dağ keçidi» mənasında işlənən aşu (>aş -İ.B) sözü ilə (339, s.61; 23, s.115) türk dilində «qırışıqlı dağ yüksəkliyi», «parçalanmış daş qırıntıları» (çınqıl) (многозубчатые вершины ломаные горные гребни изобилуюшие пиками), «uca, çoxdişli (daraq şəkilli) dağ» mənasında işlənən tarak sözündən (339, s.543; 23, s.116) əmələ gəlmişdir. Bu söz «dağ başında çılpaq qaya» mənasında Dağlıq Altayın toponimlərinin tərkibində tarakay formasında işlənir (337, s.239). Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.


Tarix: 07.02.2015 / 14:07 Müəllif: Feriska Baxılıb: 98 Bölmə: Qərbi Azərbaycan
loading...