Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axta rayonu

Axta — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi.

1930-cu il sentybarın 30-da yaradılıb.1959-cu il iyunun 30-na qədər Axta rayonu,həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Aşağı Axta şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir.

Axta rayonu ərazisindən Zəngi çayı və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub. İrəvan xanlarından Pənah xanın buradakı sarayı XX əsrin 60-cı illərinə kimi saxlanılmışdı.

Dərəçiçək mahalının Şimalından Böyük Qarakilsəyə qədər uzanan Teş dağları Gürcüstan ağzına gedib çıxır. Tədqiqatçılar "teş" sözünün dış sözünün fonetik forması olduğunu və bu kəlimənin Dış Oğuzların sərhəddini göstərdiyini bildirirlər. Maraqlıdır ki, ermənilər də bu sözü dırs kimi "bayır", "çöl" anlamında işlədirlər.

Kitabi Dədə Qorqud boylarında adı çəkilən Altuntaxtın da Dərəçiçəkdə olduğu haqqında da araşdırmalar aparılıb. Doğrudan da Dərəçiçəkdə Misxana kəndindən Şimal Şərqdəki yaylağın adı Altuntaxt yaylağıdır.


Tarix: 07.02.2015 / 13:48 Müəllif: Feriska Baxılıb: 137 Bölmə: Qərbi Azərbaycan
loading...