Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amasiya rayonu

Tarixi
Amasiya yeddi yüz il Bizans imperiyasının hakimiyyəti altında qalmış, Alp Arslanın sərkərdələrindən Məlik Əhməd Danışmənd Qazi tərəfindən 1075-ci ildə fəth edilməsi ilə burada ilk türk hakimiyyəti qurulmuşdur. Az sonra Amasiyaya səlcuqlar sahib çıxmışlar. Həmin dövrlərdə yaşayan vali və əmirlər çox sayda mədrəsə, məscid, türbə kimi memarlıq əsərləri inşa etdirməklə, Amasiyanı Anadolunun mədəniyyət mərkəzinə çevirmişlər. 1246-cı ildə Amasiyanı monqol hökmdarı ələ keçirmiş, ilk valilik Seyfəddin Torumtaya verilmişdir. 1265-ci ildən Anadoluya sahib olan Elxanilər Amasiyanı da özlərinə tabe etmişlər. Amasiyada yaşamış bəzi elxani şəxsiyyətlərinin mumiyaları Amasiya muzeyində hələ də saxlanmaqdadır. Amasiya 1341-ci ildən Uyğur türklərinin Eratna bəyliyinin, 1386-cı ildən Osmanlı türklərinin hakimiyyəti altına keçmişdir. 1402-ci ildə Teymurləngin Ankara qələbəsi ilə Osmanlı dövləti parçalanmışdır. Parçalanmış bəylikləri Osmanlı birliyinə yenidən qovuşduran Amasiya valisi Fateh Mehmet olmuşdur. Amasiya Osmanlı sultan və şahzadələrinin göstərdiyi xüsusi münasibətə görə "Şahzadələr Şəhəri" adlanmışdır. Həmin dövrlərdə bir çox alim və şair yetişmiş, saray, mədrəsə, məscid, türbə, bulaq və s. kimi memarlıq abidələri inşa edilmişdir.

Amasiyada ilk bələdiyyə təşkilatı 1881-ci ildə yaradılmış və ilk rəisi Əbdürrəhim Əfəndi Şirvani olmuşdur.

Amasiya Türkiyə Qurtuluş müharibəsi dövründə də ön plana çıxmış, 19 may 1919-cu ildə Samsunda başlayan Milli Mücadələnin ilk addımı 12 iyun 1919-cu ildə Mustafa Kamal Atatürkün Amasiyaya gəlməsi ilə davam etmişdir. Qurtuluş mücadiləsinin planları burada hazırlanmış, Ərzurum və Sivas konqreslərinin toplanmasına qərar verilmiş, Amasiya Təmimi ilə "Millətin istiqlalını yenə millətin əzm və qərarı qurtaracaqdır" deyilərək fəaliyyətə başlanmışdır. Beləliklə, Amasiya Türkiyə Cümhuriyyətinin qurulmasında da ilk əsaslı addımın atıldığı yer olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb.Ərazisi 608 kv.km-dir.Rayon mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir.Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir.Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub.Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçünün-Çələb,Bəndivan və İyli Qarakilsə kəndlərinin əhalisi ermənilər olub.

Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi 1920-ci illərdə köçüb Türkiyəyə gediblər.

1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəköy, Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı

Şəxsiyyətləri
Amasiya tarixində azərbaycanlıların xüsusi bir yeri vardır. Teymurləng Amasiyalı alimlərlə etdiyi elmi söhbətdə İlyas Amasinin elmi səviyyəsini təqdir edərək və Şirvanşah I İbrahimin (1382-1417) istəyinə əsaslanaraq, onu Şirvan qazısı kimi Şamaxıya göndərmişdir. Qazı İlyas burada həm müəllimlik edərək elm öyrətmiş, həm də Şirvanşahlar dövlətinin baş qazısı vəzifəsini yerinə yetirmişdir. O, burada Şeyx Sədrəddinə tabe olaraq Xəlvətiyyə təriqətinə bağlanmışdır. Teymurləngin ölümündən sonra Amasiyaya dönən İlyas Amasi, sonralar yenidən Şamaxıya qayıdaraq Şeyxin yanında seyr və sülukunu tamamlayıb, Amasiyaya geri qayıtmış və burada təkyə quraraq irşad fəaliyyətinə davam etmişdir.

Seyid Yəhya Şirvaninin digər ardıcılı Çələbi Xəlifə Amasiyada irşad fəaliyyəti göstərmiş, Sultan II Bəyazidə şahzadə ikən dərs demiş və təsəvvüfi bilikləri öyrətmişdir. Çələbi Xəlifənin müridlərindən olan II Bəyazid, sultan olduqda şeyxini İstanbula dəvət etmiş, ona paytaxtda xanəgahı təsis etmişdir.

XIX əsrdə Azərbaycandan Amasiyaya gələn alimlərdən yenə iki böyük şəxsiyyət var. Onlardan biri Şirvanlı İsmayıl Əfəndi, digəri Qarabağlı Həmzə Nigaridir. Onlarla birlikdə və daha sonra bir çox azərbaycanlı mürid də Amasiyaya gələrək məskunlaşmışdır. 1783-cü ildə Şamaxı xanlığının Kürdəmir kəndində doğulan Şeyx İsmayıl Siracəddin Şirvani təhsilini Şamaxı, Ərzincan, Tokat, Burdur və Bağdad mədrəsələrində tamamlamış, daha sonra vətənə qayıdaraq burada yeddi il elm tədrisi ilə məşğul olmuşdur. Elmin arxasında bir həqiqət dayandığını anlayan İsmayıl Şirvani yenidən yola çıxaraq bir kamil mürşid tapmaq arzusu ilə Bağdada gedir və burada Mövlana Xalid Bağdadiyə bağlanaraq onun müridi olmuşdu. 1817-ci ildə mürşidindən icazənamə alaraq yenidən məmləkəti Kürdəmirə gələn İsmayıl Şirvani, rus üsul-idarəsinin təzyiqi ilə Azərbaycandan çıxarılana qədər buradakı təkyəsində fəaliyyət göstərmişdi. 1826-cı ildə əvvəlcə Axıskaya köçür. Axıskanın ruslar tərəfindən işğalından sonra Anadoluya gedərək Osmanlı dövlətinin himayəsinə girdi. 1841-ci ildə Amasiyaya yerləşən İsmayıl Şirvani vəfatına qədər burada fəaliyyət göstərmişdir. İsmayıl Şirvaninin oğlu Şirvanizadə Mehmet Rüşdi Paşa Osmanlı dövlətinin baş naziri, digər oğlu isə Əhməd Hülusi Əfəndi İstanbul qazısı olmuşdur. İsmayıl Şirvani 1848-ci ildə vəba xəstəliyindən vəfat etmiş və Amasiya yaxınlığında Şamlar qəbiristanlığında dəfn olunmuşdur. 1869-cu ildə daxili işlər naziri olan Şirvanizadə Mehmet Rüşdi Paşa atasının qəbri üzərində türbə və məscid inşa etdirmişdi. Türbənin içərisində Mövlanə İsmayıl Şirvaninin, oğlu Əhməd Hülusi Əfəndinin və kürəkəni Hacı İsa Ruhi Əfəndi Şirvaninin qəbirləri vardır. Türbə kompleksinin divarında asılmış metal lövhədə İsmayıl Şirvaninin tərcümeyi-halı və ayrıca olaraq Mövlanə Xaliddən aldığı icazənamə verilmişdir.

İsmayıl Şirvaninin ədəbi təsəvvüfi şəxsiyyəti və Qarabağ bölgəsində fəaliyyətləri ilə diqqət cəlb edən xəlifəsi Mir Həmzə Nigaridir. O, Qarabağ xanlığının Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmişdir. Gəncliyində elm öyrənmək üçün buradan Sivasa köçərək İsmayıl əfəndinin yanına gəlmişdir. Elmi və təsəvvüfi təhsilini tamamlayaraq Qarabağa qayıtmışdır. Azərbaycanı işğala başlayan ruslara qarşı üsyan hazırlığı edərkən planlarının üstü açıldığına görə, qaçaraq İran üzərindən Ərzuruma getmişdir. Şeyxi İsmayıl Şirvanidən sonra Amasiya və ətrafındakı insanları irşada dəvət etmə vəzifəsini davam etdirmişdir. Vəfatından sonra Amasiyada dəfn olunmuşdur. Mir Həmzə Nigarinin müridlərindən Qazaxlı Şeyx Hacı Mahmud Azərbaycandan toplanan ianələrlə şeyxin qəbri üzərində türbə və məscid tikdirmişdir. 1876-cı ildə tikilməyə başlanmış, 1895-ci ildə başa çatdırılmış “Şirvanlı məscidi” Amasiyada XIX əsrdə barokko üslubunda tikilən tək məscid olması baxımından başqa xüsusiyət daşıyır. Mir Həmzə əfəndinin türbəsi məscidlə bitişikdir.

Digər görkəmli şəxsiyyətlər:

Əli (Alyoşa) Bayramov - şair, publisist, nasir, folklorşünas.
Mehdi Abbasov – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
Yavər Həsənov — Azərbaycanın bütövlüyü uğrunda, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
Ədəbiyyat
Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI – начале XIX в., Ленинград, 1949
Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
Мамедов С.А., Азербайджан по источникам XV – первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
Enikolopov İ.K., Qriboedov i Vostok, İrəvan 1954
Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
Kemal Beydilli, 1828-1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
"Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с армянского, С.Петербург, 1907
Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993
Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.


Tarix: 07.02.2015 / 13:29 Müəllif: Feriska Baxılıb: 350 Bölmə: Qərbi Azərbaycan
loading...