Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarğabazar (Qərbi Azərbaycan)

Qarğabazar – İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzidən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Əhalisi
Kənddə 1873 – cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904 – cü ildə 688 nəfər, 1914 – cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919 – cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır . 1919 – cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri 1948-1949 – cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. Kənddə 1946-47-cı illərdə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Toponim qarğa türk etnoniminə "alış-veriş yeri" mənasında işlənən bazar sözünün artırılması ilə əmələ gəlib "qarğa tayfasının alış-veriş yeri" mənasını ifadə edir "...bazar sözü mürakkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın I komponenti, "alver, ticarət yeri" mənasında işləndikdə isə onun II komponenti yerində işlənir

Erm. SSR AS RH-nin 25.V.1965-ci il fərmanı ilə adı dəyişdirilib Haykaşen qoyulmuşdur.


Tarix: 06.02.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Qərbi Azərbaycan
loading...