Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar nə istəyir?

Kral Artur bir suala doğru cavab versə, həyatı xilas olacaq əks halda öləcək. Suala doğru cavab verə bilməsi üçün 1 ili vardır.. Sual eynilə belə idi: “Qadınlar nə istəyirlər?” Bu sual təbii ki dünyanın ən çətin sualıdır.. Ancaq Kralın heç bir seçim şansı yoxdur.. Olkəsinə geri dönür, müxtəlif alimlərlə, mütəxəssislərlə məsləhətləşir, amma suala tam təmin edici və doğru olduğuna inandığı bir cavab tapa bilmir.. Problemin cavabını bir tək yaşlı bir cadugərin bildiyini söyləyirlər.. Artıq ən son gün gəlmişdir və Artur məcbur olaraq cadugərin yanına gedir.. Cadugər problemin cavabını verəcəyini söyləyər, amma bir şərtlə:
“Bu problemin cavabını aldığında və ölümdən xilas olduğunda ən yaxşı və ən yaraşıqlı cəngavərin ilə məni evləndirəcəksən.”

Artur yaxın yoldaşı olan cəngavərini, yaşlı cadugərə fəda etmək istəmir, bunu qəbul edə bilməyəcəyini deyir.. Amma yoldaşı, Arturun həyatını qurtarma bahasına cadugərlə evlənməyi qəbul edir və problemin cavabını istəyirlər. Yaşlı cadugər, Arturun həyatını qurtaracaq cümləni pıçıldayar: “Qadınlar heş vaxt məcburi yox, öz azad iradələri ilə qərar almaq istərlər”.
Cavab doğrudur.. Arturun həyatı xilas olur. .Amma yaxın yoldaşı cəngavərin həyatı sönür.. Yaşlı cadugər ilə evlənmək və bir ömür keçirmək məcburiyyətindədir.. Toy gecəsi otağa girir. Ancaq, otağa girdiyində qarşısında cadugər yerinə dunyanın ən gozəl qadınını görür. Cəngavər çaşır və soruşur:
-Sən kimsən?
Cadugər cavab verir:
-Mən evləndiyin qadınam..`
-Necə belə gənc və gözəl oldun?..
-Gündüzləri son dərəcə çirkin, gecələri son dərəcə gözəl oluram. Amma istəsən gündüzləri son dərəcə gözəl gecələri, çirkin olaram.. Necə görünəcəyimə sən qərar verəcəksən!

Cəngavər bir müddət düşünür. Gecələri mükəmməl bir sevgili, yoxsa gündüzlər bir gözəl qadın? Heç cür qərar verə bilmir.. Sonunda belə deyir: -
Necə olmaq istədiyinə sən qərar ver , mən sənin hər halına qarşı hörmətliyəm.
Cadugər bu vəziyyət qarşısında cox sevinir:
-Sən mənə seçmə azadlığı verdin və məni məhdudlaşdırmadın, cəngavərim.. Buna gorə ömür boyu həm gecə həm gündüz yanında gözəl və hörmətli biri olaraq görünəcəyəm..


Nəticə 1: Bəzən qadınları gözəl və ya çirkin etmək öz əlimizdədir.
Nəticə 2: Qadınlar nə qədər gözəl və şirin olsalar da həmişə cadugərdirlər:)...


Tarix: 30.12.2012 / 12:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 473 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...