Hər axşam göz ətrafına 1 kartofu əzin. Sonra göz ətrafınıza çəkin.
40-45 dəqiqə gözləyin. Sonra çobanyastığı ilə yuyun. İki gün bunu edin.
Çobanyastığı çayı: 1 l suya 2 çay qaşığı çobanyastığı tökün və 20dəqiqə qaynadın. Sonra göz altındakı şişkinliklərin üzərinə qoyun. Ağ pendiri gözaltına qoyun. 20 dəqiqədən sonra yuyun.
LƏKƏLƏR ÜÇÜN
Yumurta ağı maskası
1 yumurtanın ağına bir limonun qabığını rəndələyin və krem halına gələnə qədər qarışdırın. Lazım olsa bir az daha limon qabığı rəndəsi qoya bilərsiniz. 15 dəqiqə üzünüzdə qalmalıdır.
Pomidor maskası
1 ədəd doğranmış pomidor, 1 çay qaşığı limon suyu, 1 yemək qaşığı yulaf əzməsi. Bütün bunları qarışdırıb, blenderdən keçirin. Sonra üzünüzdəki ləkələrin üzərinə, incə bir təbəqə halında sürün. Üzünüzdə 10 dəqiqə qalmalıdır.
Günəş ləkəsi üçün
Mövsümünə görə şaftalı, 1 ədəd alma, 1 fincan qırmızı şərab, 2 yemək qaşığı toz şəkər. Bunları əzib qarışdırın və 10 gün qaranlıq bir yerdə saxlayın.
50 qram dəniz yosununu 250 ml suda 5 dəqiqə qaynadın və üzərinə jasmin çiçəyini əlavə edin. İçərisinə az miqdarda limon suyu əlavə edin. 30 dəqiqə üzünüzdə saxlayın.
Tarix: 23.12.2012 / 14:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri