Qadınları düşündürən əsas mövzulardan biri də dəriyə qulluq etmək yollarıdır. Bəzi qadınların üz dərisi yağlı, bəzilərində isə quru olur. Bu xüsusiyyətlərin hərəsinin özünəməxsus qulluq üsulları var. Ancaq qarışıq dəriyə malik olan qadınların işi daha çətindir. Çünki bu dəri forması özündə hər iki dərinin-yağlı və quru dərinin funksiyalarını daşıyır. Bu da belə dəriyə daha diqqətli qulluq etməyi tələb edir.
Qarışıq dəri, adətən belə olur:
Qadınların alnı, burnu və çənəsi yağlı, yanaqları, boğazının dərisi isə quru olur. Belə dərisi olan qadınlar kosmetikadan istifadə edərkən bir qədər ehtiyatlı olmalıdırlar. Onlar üzlərinə həm quru, həm də yağlı dəri kimi qulluq etməli, səhər və axşam üzlərini çobanyastığı məlhəmi ilə yumalı, sonra yağlı yerləri günaşırı losyonla silməli, yanaqlara və boğazın dərisinə isə uşaq kremi çəkməlidirlər.
Əgər üzdə sızanaq əmələ gəlirsə, həmin yerə qurudulmuş qara çörək ovuntusu (qara çörək sobada qurudulur, sonra həvəngdəstədə döyülür) ilə hidrogen-peroksiddən (1 çay qaşığı çörək ovuntusuna 1 xörək qaşığı 3 faizli hidrogen-peroksid) hazırlanmış məlhəm çəkməlidir. Məlhəmi dairəvi hərəkətlərlə üzə çəkir və sonra süd qatılmış su ilə yuyurlar.
Üzündə irinli sızanaqlar olan qadınlar bu məlhəmdən istifadə etməməlidir. Onlar tünd təamlı yeməklər yeməməli, pəhrizə riayət etməli, karbohidratları, yağları azaltmalı, vitaminlə zəngin yeməklərlə qidalanmalıdırlar.
Tarix: 24.12.2012 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 341 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri