Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl baxımınıza laqeyd yanaşmayın

Qış artıq özünü göstərməyə başlayıb. Bu soyuq havaların təsirinə ən çox havayla təmasda olan əllərimiz məruz qalır. Əllərimiz quruyur, çatlayır. Bu təsirləri minimuma endirmək məqsədi ilə sizə əl baxımı üçün təkliflər vermək istəyirəm. Bu məsləhətlərə əməl etsəniz əlləriniz yumşaq, hamar və çatsız olacaq.
Mətbəxdə istifadə etdiyiniz limonu atmazdan əvvəl mütləq əllərinizə sürtməyi unutmayın.
Arada bir əllərinizə qalın bir təbəqə vazelini yaxşıca sürtüb pambıq bir əlcəklə yatın. Səhər qalxdığınızda əlləriniz inanmayacağınız dərəcədə yumşaq olacaq.


Evdə təmizlik işləri ilə məşğul olarkən mümkün qədər əlcək istifadə etməyə çalışın. Bəzi xanımlar əlcəklə iş görə bilmədiklərindən şikayətçi olurlar. Ancaq təmizləyici vasitələr, isti və soyuq su əllərin bir nömrəli düşmənidir. Həftədə bir dəfə yağlı kremlə əllərinizə masaj edin. Əllərinizi gün ərzində arada bir kremləyin.Əlləriniz üçün PH dəyəri uyğun olan sabunlar istifadə edin. Bu üzünüzü yuyarkən də etibarlıdır. Soyuq havalarda əlcəksiz çölə çıxmayın. Torpaqla məşğul olmanız lazımdırsa, bunu mütləq əlcəklə edin.


Tarix: 30.12.2012 / 12:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...